Amerikali alim beyin xercengi ile bagli xeberdarliq etdi

[r32]
2017-05-04T21:34 xeber – ABŞ alimləri bəyan ediblər ki, onlar şəkərlə baş beyin və onurğa beyni xərçəngi arasındakı əlaqəni tapıblar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, onlar öz kəşfləri barədə Scientific Reports saytına açıqlama veriblər.
Tədqiqatı Ohayo Universitetinin əməkdaşları aparıblar. Tədqiqata Kompleks Xərçəng Mərkəzinin nümayəndəsi, professor Cudit Şvartsbaum rəhbərlik edib.
“Diabet və qanda qlükozanın yüksək səviyyəsi xərçəngin dərhal bir neçə orqanda və toxumalarda, xüsusilə də düz bağırsaqda, süd vəzində və sidik kisəsində inkişafı ehtimalını artırır. Lakin xərçəngə qanında şəkərin miqdarı az və ya normal olan insanlarda diabet xəstələrinə və qanında qlükoza artıq olan insanlara nisbətən daha tez-tez rast gəlinir” – deyə Cudit Şvartsbaum (Judith Schwartzbaum) bildirib.
Onun sözlərinə görə, şəkərin səviyyəsinin yüksəlməsi beyin xərçəngi olan – qlioma riskini azaldır.fishki.netGöbələkdən alınan maddəni xərçəng xəstələrinə vurdular və görün nə baş verdiQlioma geniş yayılmış baş beyin və onurğa beyni xərçəngidir. Onun ilkin başlanğıcı sinir toxumaları yox, beyin toxumalarını birləşdirən, neyronları zədələnmədən, infeksiyalardan qoruyan və onları qida ilə təmin edən qliyada müşahidə edilir.
Xərçəngin bu forması müalicə olunmur. Faktiki olaraq qlioma daşıyıcıları şişin peyda olmasından maksimum 2 il sonra ölürlər.
Elmi dairələrdə belə bir fikir var ki, başdakı xərçəngin yaranmasına C vitamini və digər antioksidantların dietası səbəb ola bilər. Eyni zamanda beyin xərçənglərinin yaranmasına genetik proseslər, sitomeqalovirusa (herpes viruslar qrupuna aiddir) yoluxma da səbəb ola bilər
Tədqiqat müəllifinin sözlərinə görə, qanda və beyin toxumalarında şəkərin miqdarının az olması qliomanın — sinir toxumalarının bədxassəli şişlərinin yaranmasına səbəb ola bilər. Tədqiqatçılar bu nəticəyə İsveç və Avstraliyanın tibbi xəritəsini öyrənəndən sonra gəliblər. Həmin tədqiqat 15 ilə qədər uzanıb.
©
Foto: gribnikoffXərçəng xəstəliyinin dərmanı 20 min dollara satılırMütəxəssislər qeyd edirlər ki, şəkərin səviyyəsinin dəyişməsi təkcə o demək deyil ki, insanda diabet inkişaf edir. Bu, onkoloji xəstəliklərin də inkişafına səbəb ola bilər. İnsan orqanizmində şişlərin erkən inkişaf dövrü qanda şəkərin miqdarının çatışmamasından irəli gəlir. Bu xəstəlik inkişaf etdikcə, pasientlərin qanında şəkər dərhal yüksəlməyə başlayır. Müşahidələr zamanı bu təzad alimlərin təəccübünə səbəb olub.
Şvartsbaum bildirib ki, onun rəhbərlik etdiyi tədqiqatın nəticəsi onkoloji xəstəliklərin erkən dövrdə inkişafını təyin etməyə kömək edəcək. Bu isə onun uğurlu müalicəsi üçün vacibdir.
Alim beyin xərçənginin yaranması və inkişafına bəhanə verməmək üçün insanları qanda şəkərin miqdarına diqqət etməyə, qidalanarkən C vitamini və digər antioksidantları ixtisar etməməyə çağırıb.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir