SOCAR-in numayende heyeti Tehranda beynelxalq sergide istirak edir

[r32]

8 May, 2017  15:59 xeber – İranın paytaxtı Tehran şəhərində “İran Oil Show – 2017” XXII Beynəlxalq neft-qaz, neft emalı və neft kimyası sərgisi işinə başlayıb.“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, SOCAR-ın nümayəndə heyəti də sərgidə iştirak edir.“6-9 may tarixlərində keçirilən sərgidə SOCAR-ın stendi böyük maraq doğurub. SOCAR-ın nümayəndələri iştirakçılara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar, şirkətin ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə məlumat verib, müxtəlif şirkət nümayəndərinin SOCAR-la əməkdaşlıq imkanları nəzərdən keçirilib, onları maraqlandıran suallar cavablandırılıb”,-məlumatda qeyd olunub. Sərgidə Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Türkiyə, Avstraliya da daxil olmaqla dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-ə qədər yerli şirkət iştirak edir. Rəsmi açılış mərasimində İranın birinci vitse-prezidenti Pərviz Davidi, neft naziri Bican Zənqane, sərginin əsas təşkilatçısı – İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər iştirak ediblər. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir