Emmanuel Makronun həyatı və fransızsayağı eşq!


[r32]
Emmanuel Makronun prezident seçiləcəyini iki il əvvəl kimsə Paris küçələrində söyləsəydi, həmin şəxsə heç kim ciddi reaksiya verməzdi. Düzdür, Makron buna qədər tanınmayan biri idi. Onun ən yadda qalan addımı maliyyə sahəsində yüksəkmaaşlı işdən Yelisey sarayına az maaşlı və sadə işə keçməyi olub. Bir il sonra sadə fransızlara “Makron kimdir” sualı verilsəydi, onu ancaq lənətləyərdilər.

Ancaq Makron Fransanın 8-ci prezidenti seçildi.

Fransanın növbəti prezidenti Makronun 39 yaşı var. O, 64 yaşlı qadınla evlidir. Onun həyat yoldaşı 24 il bundan əvvəl məktəbdə müəllimi olub. O, müəlliminin qızı ilə eyni sinifdə oxuyub. Makron ailəsi də daxil olmaqla, hər kəs onun müəlliminin qızı ilə sevgili olduğunu düşünüb.
Amma Emmanuel hərkəsi təəccübləndirib və o, 15 yaşından müəlliminə aşıq olub. Həmin vaxt isə müəllim xanım evli, 3 uşaq anası, xoşbəxt qadın olub. Emmanuel 17 yaşında 42 yaşlı müəlliminə onunla evlənəcəyinə söz verir və 2007-ci ildə yəni 30 yaşında 55 yaşlı xanımla ailə qurur.
Gələn ay Fransa prezidenti kimi andiçmə mərasimində 39 yaşlı Makron 3 uşaq və 7 nəvəsi ilə qatılacaq. Məlumat üçün deyim ki, xanımının ilk övladı E.Makrondan 2 yaş böyükdür…

Qeyd edək ki, Fransada keçirilən seçkilərin yekun nəticələri açıqlanıb. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, artıq bülletenlərin 100 faizi hesablanıb.

Emmanuel Makron 66,06% , Marin Le Pen isə 33,94 səs toplayıb. Makrona 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.

Bununla da Makron Fransanın yeni prezidenti kimi tarixə düşə bildi.

Emmanuel Makron məktəb illərində indiki həyat yoldaşı ilə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir