Sengecal terminalindan 69 mln. ton neft ve kondensat ixrac edilib

[r32]

10 May, 2017  13:05 xeber – Bu ilin I rübü ərzində Səngəçal terminalından 69 mln. bareldən artıq neft və kondensat ixrac edilib.“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu həcmdən 60,5 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 7,5 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (Bakı-Supsa) vasitəsilə və təqribən 1,1 mln. barel ayrıca kondensat ixrac edilib. Hesabat dövründə terminaldan neft və kondensat ixracı 8% azalıb.Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,5 mln. kubmetr (936 mlrd. kubfut) “Şahdəniz” yatağının qazı ixrac edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 9,86% azdır.Qeyd edək ki, Səngəçal terminalına neft və qaz “AÇG” və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə göndərilir.Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir. Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir