Ozunu bazarda asdi

[r32]
2017-05-10T19:22 xeber – Bakıda yaşlı kişi özünü asıb.
Bu barədə Sputnik Azərbaycan-a Pirallahı rayon Polis İdarəsindən məlumat veriblər.
Ötən gün günorta Pirallahı qəsəbə bazarındakı gözətçi köşkündə 1954-cü il təvəllüdlü Cəbrayılov Atif Həsən oğlu özünü asıb. Bazarda gözətçi işləyən Cəbrayılovun cəsədi köşkün giriş qapısında asılı vəziyyətdə tapılıb.
İlkin araşdırma zamanı məlum olub ki, onun yaşamağa yeri olmayıb. O, bazarda gözətçi işləyib və elə köşkdə də yaşayıb. Cəbrayılovun ailəsi olmayıb. Kişinin əvvəllər Cinayət Məcəlləsinin 126-cı maddəsi (sağlamlığa qəsdən ağır xəsarət yetirmə) ilə məhkum olduğu məlum olub.
İntiharın səbəbi hələlik məlum deyil. Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir