Qondarma 'ermeni soyqirimi' ile bagili qanun layihesinin Ukrayna Ali Radasinda muzakireye cixarilmasinin qarsisi alinib

[r32]

11 May, 2017  10:54 xeber – “Ukrayn Ali Radasının gündəmində qondarma “erməni soyqırımı”nın tanınmasına dair məsələ yoxdur”.Bunu “Report”a açıqlamasında Ali Radanın Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Maksim Kuryaçi deyib. Bu yaxınlarda Zaporojyedən olan deputatların qondarma “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsini qanunverici orqana təqdim etməyə cəhd göstərməsini şərh edən M.Kuryaçi vurğulayıb ki, hazırda Ukrayna Ali Radasının gündəliyində belə məsələ yoxdur: “Üstəlik, heç ictimaiyyət arasında da belə məsələ aktual deyil. Yerli şuralardan heç birinin belə strateji məsələləri müzakirəyə çıxarmaq hüququ yoxdur. Əgər kimsə buna cəhd edərsə səlahiyyətlərini aşmış olar”.Onun sözlərinə görə, bəzi diaspor təşkilatları Ukraynada bu mövzunu süni şəkildə gündəmə gətirirlər və cəmiyyətdə parçalanma yaratmağa çalışırlar: “Artıq özüm üçün qanunauyğunluq müəyyənləşdirmişəm: dövlətimizlə Azərbaycan arasındakı münasibətlər yeni səviyyəyə çıxanda və iqtisadi, siyasi və mədəni əlaqələr möhkəmlənən kimi, bu perspektivli əməkdaşlığı zəiflətmək cəhdləri baş qaldırır”.Deputat belə təşəbbüsləri təxribat kimi dəyərləndirdiyini vurğulayıb: “Ukrayna cəmiyyətinin başverənləri düzgün qiymətləndirəcəyinə ümid edirəm. Belə təxribatları törədənlər Ukrayna xalqını düzgün qiymətləndirmir və çox böyük səhvə yol verirlər”.Onun sözlərinə görə, belə məsələlər elmi araşdırma obyektidir və yalnız tarixi həqiqət cəmiyyət tərəfindən qiymətləndirilə bilər.Qeyd edək ki, 1915-ci il hadisələrinin ildönümü ərəfəsində Ukraynanın Zaporojye Vilayət Şurasının deputatları Ali Radaya müraciət edərək qondarma “erməni soyqırımı”nın tanınmasını istəmişdilər.Xatırladaq ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu məsələ ilə bağlı Ali Radanın sədri Andrey Parubiyə müraciət ünvanlamışdı.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir