Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Malayziya sefiri: 'Qarabag munaqisesi edaletli sekilde hell olunana qeder Azerbaycani desteklemeye davam edeceyik' – MUSAHİBE

Malayziya səfiri: 'Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunana qədər Azərbaycanı dəstəkləməyə davam edəcəyik' - MÜSAHİBƏ

11/05/2017

15:15

[r32]

11 May, 2017  15:13 xeber – Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Əbdül Rəhmanın “Report”a müsahibəsi:- Bakıda Malayziya səfirliyinin açılmasından sonra Azərbaycan-Malayziya əlaqələrinin inkişafını necə qiymətləndirirsiniz?- Malayziyanın Bakıdakı səfriliyi 2014-cü il aprelin 1-də fəaliyyətə başlayıb, rəsmi açılış mərasimi isə 2014-cü il sentyabrın 12-də olub. Həmin dövrdə Malayziyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlmişdi və səfirliyin açılış mərasimində iştirak edib. Bu dövr ərzində iki ölkə arasında bir neçə yüksək səviyyəli səfər həyata keçirilib.Azərbaycanda Malayziya mədəniyyəti və turizminin təşviqi məqsədilə səfirlik Malayziya və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri ilə birgə 2015-ci il sentyabrın 18-20-də Malayziya Mədəniyyət Festivalı təşkil edib. Malayziya və Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb və bir sıra səfərlər həyata keçirilib. Bundan başqa, Kuala-Lumpur Universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq və tələbə mübadiləsi üzrə anlaşma memorandumu imzalayıb. Malayziya Şimal Universiteti isə Azərbaycan Dövlət İqtisad Universiteti ilə anlaşma memorandumu imzalayıb. “ADA” Universiteti ilə Malayziyanın Diplomatiya və Xarici İşlər İnstitutu arasında da oxşar sənəd var. Eyni zamanda, iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın artırılması gözlənilir.Hazırda Malayziya və Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması haqqında anlaşma memorandumu üzərində işləyir. Sənəd imzalanması üçün hazırdır.- İki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi qaneedicidirmi? Ötən il ticarət dövriyyəsi nə qədər olub?- Hər iki ölkə birgə iqtisadi əməkdaşlıqda maraqlıdır. Yuxarıda qeyd edilən ikiqat vergitutmanın aradan qaldırılması haqqında anlaşma memorandumunun imzalanmasına hazırlıq buna sübutdur. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Malayziyadan Azərbaycana ixrac 26,289 milyon ABŞ dolları təşkil edib. Bu, 2015-ci illə müqayisədə 76,85% azdır. Bu, əsasən Azərbaycanın elektronika məhsulları idxalının aşağı düşməsi ilə bağlıdır. Azərbaycandan Malayziyaya ixracın həcmi isə 226 290 dollar təşkil edib və bu, 2015-ci ilin analoji göstəricisindən (573 338 dollar) 60,53% azdır.Ticarət dövriyyəsinin səviyyəsinin aşağı düşməsi həm Malayziyada, həm də Azərbaycanda iqtisadi fəallığın azalması ilə bağlıdır. Amma ticarət gec-tez, xüsusən də insanlar arasında güclü əlaqələr olduğu zaman inkişaf edəcək. Əlbəttə, Malayziya məhsullarının rəqabətqabiliyyətliliyi qonşu ölkələrlə müqayisədə daha yüksəkdir, lakin onların Malayziyadan Azərbaycana çatdırılması maliyyə vəsaiti tələb edir.- Malayziya və Azərbaycan neft hasil edən ölkələrdir. Bunu nəzərə alaraq, iki dövlət qiymət artımı və qeyri-neft sektorunun inkişafına nail olmaq üçün ikitərəfli və çoxtərəfli səviyyədə addımlar ata bilərlərmi?- Malayziya yalnız Azərbaycanda yox, həm də digər ölkələrdə həmişə bu sektora cəlb olunmaq imkanlarını nəzərdən keçirir. Bildiyiniz kimi, 2015-ci ildən neftin qiyməti ciddi şəkildə aşağı düşüb. Bu da neft şirkətlərinə, o cümlədən bizim dövlət neft şirkəti PETRONAS-a ciddi təsir edib. Buna baxmayaraq, PETRONAS SOCAR ilə gələcək əməkdaşlıqda maraqlıdır.PETRONAS gübrə, reaktiv yanacaq və s. istehsalı kimi neft əsaslı emalsonrası sahə üzrə geniş təcrübəyə malikdir. Gələcəkdə SOCAR ilə bu sahədəki əməkdaşlıq daha da genişləndirilə bilər. PETRONAS digər sahələrdə də SOCAR ilə əməkdaşlığa açıqdır.- PETRONAS və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi gözlənilirmi? – PETRONAS Azərbaycanın neft-qaz sektorunda fəal iştirak edir. Hazırda PETRONAS-ın “Şahdəniz” yatağında payı var. PETRONAS həmçinin Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinin tərkib hissəsi olan “Şahdəniz-2” layihəsində də iştirak edir. PETRONAS bu il bu layihələrə təqribən 700 milyon dollar sərmayə qoyub. Qazın ilk partiyası 2018-ci ildə tədarük olunacaq. Ümumilikdə bu günə qədər PETRONAS Azərbaycana 4 milyard dollar məbləğində sərmayə yatırıb.PETRONAS həmçinin “Şahdəniz-3” layihəsində potensial iştirakını nəzərdən keçirir. Hazırda BP ilə bu yataqda dərinsulu quyu qazıntısı üzrə razılıq əldə olunub. Bu iş şirkətə 500 milyon dollara başa gələcək.Şirkət eyni zamanda, 2016-cı ildə SOCAR ilə “Qoşadaş” yataqlar blokunda neft hasilatı üçün imkanlar axtarışı, eləcə də SOCAR-ın bütün dünya üzrə (xüsusilə Misir, Hindistan və Maltadakı) elektrik stansiyalarına maye təbii qazın tədarükü üzrə iki anlaşma memorandumu imzalayıb.- Azərbaycanla Malayziya turizm sahəsində əməkdaşlıq edirmi? Bakı və Kuala-Lumpur arasında aviareyslərin açılması ilə bağlı danışıqlar olubmu?- Azərbaycandan ötən il 923 turist qəbul etmişik və bu, 2015-ci ilin göstəricisindən (1174 nəfər) azdır. Amma Azərbaycan vətəndaşları üçün Malayziyada 30 gün müddətində qalmaq üçün viza tələb olunmur. Azərbaycan da malayziyalılar üçün viza prosesini sadələşdirib. İndi Malayziya vətəndaşı Azərbaycanın beynəlxalq hava limanına gəldikdən sonra viza əldə edə bilər. Bundan əlavə, Azərbaycan manatının kursu Malayziya ringgitindən güclüdür və bu, Malayziyaya səyahət edən azərbaycanlı turistlər üçün üstünlükdür. Həmçinin, Malayziyada turist xidmətləri Cənub-Şərqi Asiyada ən yaxşılar arasındadır. Odur ki, azərbaycanlı turistləri Malayziyaya səfərə dəvət edirik.Kuala-Lumpur və Bakı arasında birbaşa aviareyslərdən danışarkən hazırda belə imkanımızın olmadığını qeyd etməliyəm. Amma qəti şəkildə əminəm ki, belə təklif iki ölkənin xeyrinə olacaq. Bizim lou-kost uçuşlar həyata keçirənlər arasında ən tanınmışlardan olan “Air Asia” aviaşirkətimiz var və onlar Tehrandan Kuala-Lumpura uçuşlar təşkil edirlər. Çalışırıq ki, onlar Azərbaycana da uçsun. Məsələn, Tehrandan Bakıya və Bakıdan Tehrana, oradan da Kuala-Lumpura. Qiymətlər rəqabətqabiliyyətlidir, tarixdən və biletin olub-olmamasından asılı olaraq, 300-500 dollar ətrafında dəyişir. “TourismMalaysia” Malayziyanın təşviqi və avropalıların, o cümlədənazərbaycanlıların Malayziyaya səfərini təmin etmək üçün yerli turizm şirkətləri və Avropa ölkələrindəki aviaşirkətlərlə işləyir.- Ötən ilin aprel ayında qoşunların təmas xəttində toqquşmalar oldu. Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi, Malayziya Cənubi Qafqazda sülhün bərqərar olması üçün nə təklif edə bilər?- Malayziya və Azərbaycan qarşılıqlı maraq doğuran bir çox beynəlxalq məsələlər üzrə ümumi mövqe bölüşür. Malayziya İslam həmrəyliyi prinsiplərinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qətnaməsini dəstəkləməyə davam edir. İƏT Xarici İşlər Nazirlərinin 2014-cü il iyunun 19-da keçirilmiş 41-ci sessiyasında Ermənistanın Azərbaycana təcavüzü haqqında bir sıra qətnamələr qəbul edilib və Malayziya da onları dəstəkləyib. Beynəlxalq ictimaiyyəti bu münaqişənin ədalətli həlli üçün iş görməyə çağırırıq. Malayziya həmçinin BMT Baş Assambleyasının 62/243 saylı “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnaməsinin qəbul edilməsində də iştirak edib. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin beşinci, BMT Baş Assambleyasının isə ilk sənədidir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll yolu tapılana qədər Azərbaycanı dəstəkləməyə davam edəcəyik.- Bu il iki ölkə arasında qarşılıqlı səfərlər gözlənilirmi?- Keçən il Malayziyadan Azərbaycana bir neçə səfər olub. Malayziyanın 5-ci Baş naziri Tun Abdullah Əhməd Bədəvi 2016-cı il martın 6-11-də Azərbaycana səfər edib. Ardından həmin il aprelin 11-14-də Malayziyanın parlamentlərarası dostluq qrupu Azərbaycana rəsmi səfər edib. Bundan sonra Malayziyanın xarici işlər naziri aprelin 27-29-da Azərbaycana işgüzar səfər edib və UNAOC-un 7-ci Qlobal Forumunda iştirak edib.Bu il yenə səfərlər gözləyirik. Həmçinin, Azərbaycanın Prezidentini Malayziyada gözləyirik. Səfər bu il ola bilər, onun tarixi üzərində işləyirik. Bu ilk və tarixi səfər üçün vaxt olacağına ümidvaram.- Azərbaycanda 2017-ci il “İslam həmrəyliyi ili” elan edilib. Malayziya bu addımı necə qiymətləndirir və bu sahədə hansısa layihələr gözlənilirmi?- İslam həmrəyliyi ilini qeyd etmək üçün məmnuniyyətlə İslam Həmrəyliyi Oyunlarında, eləcə də Azərbaycan tərəfindən təşkil edilən digər tədbirlərdə iştirak edəcəyik. İslam Həmrəyliyi Oyunlarında Bakıya Malayzaiyadan 66 atlet və rəsmi nümayəndə gələcək. Azərbaycanın 2015-ci ildə təşkil edilmiş Birinci Avropa Oyunlarında olduğu kimi, İslamiadada da möhtəşəm tədbir təşkil edəcəyinə əminəm.Şübhəsiz, İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Bakını diqqət mərkəzinə çevirəcək. “İslam həmrəyliyi ili” ilə bağlı universitetlərdə müxtəlif mühazirələrlə çıxış etmişəm. Biz eyni dini və irsi bölüşürük. Bu, heç şübhəsiz, əməkdaşlığımızın səviyyəsini artırmağa yardım göstərir.

mənbə :
Report.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website