xeber –
Aparıcı, şoumen Murad Arif müəllifi olduğu daha bir mahnını təqdim edib. ANS PRESS-in məlumatına görə, “İnşaAllah” adlanan musiqi parçası artıq radio dalğalarında səslənir.
Mahnını Rəşad Bağırov aranjeman edib. Aranjemanda Maykl Cekson, Madonna və Nura Surinin səslərindən istifadə edilib.
“Bu mahnı ilə düşmən bağrı çatladacağam” deyən, Murad Arif mahnıdan ağız dolusu danışdı: “Mahnının mövzusu, ritmi məcbur edir ki, maraqlı elementlər əlavə edim. Əminəm ki, hər dəfə dinlədikcə dinləyicilər yeni səslər eşidəcək”.
Murad Arif mahnının artıq ajiotaj yaratdığını deyir: “Bu iki gündə yüzlərlə mesaj almışam, hər kəs onu əldə etmək istəyirdi. Əslində tamamailə başqa mahnı təqdim etmək fikrindəydim. Amma bu mahnını bəstələyən kimi saxlaya bilmədim. Əsl isti yay havalarının çoşğulu mahnısıdır. Yüksək səslə dinləyin. Əminəm bəyənəcəksiniz!”
M. Arif yeni mahnısına klip çəkdirməyi də düşünür. Çox güman ki, klipə rejissor Fərhad Əli quruluş verəcək.
Xatırladaq ki, F. Əli onun hitə çevrilən “Həyat yoldaşımsan” mahnısına çəkilən klipin rejissorudur.
Mənbə : Anspress.com
Şərh yaz.