Cinde Zika virusuna yoluxma hali askar edilib

[r32]

12 May, 2017  06:33 xeber – Çin hökuməti Szyansu əyalətində Zika virusuna yoluxma halı aşkar edib.”Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Planlı Doğum İşləri üzrə Dövlət Komitəsinə istinadən “Sinxua” agentliyi məlumat yayıb.Xəstəliyə aprelin 28-də Ekvadordan qayıdan 28 yaşlı Nantun şəhər sakini yoluxub. Qızın sözlərinə görə, yolda onun temperaturu yüksəlib, bədənində səpgilər, oynaqlarda ağrılar və digər əlamətlər əmələ gəlib. Xəstənin sözlərinə görə, Ekvadorda onu ağcaqanadlar sancıb.Mayın 4-də Zika virusunun yoxlanması məqsədi ilə götürülən analizlər müsbət nəticə verib, mayın 8-də isə həkimlər diaqnozu təsdiqləyiblər.Zika virusu dünyanın 60 ölkəsində qeydə alınıb.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir