KİV: Tramp NATO sammitine 1000 neferlik numayende heyeti ile gelecek

[r32]

12 May, 2017  11:13 xeber – ABŞ prezidenti Donald Trampın Brüsselə – NATO sammitinə mayın 25-də baş tutacaq ilk səfəri iki günlük olacaq. “Report” “La Derniere Heure” qəzetinə istinadən xəbər verir ki, onun nümayəndə heyətinin tərkibinə təxminən min adam daxil olacaq.”ABŞ prezidenti Belçikanın paytaxtına mayın 24-də axşam gələcək və dərhal “The Hotel” mehmanxanasına gedəcək. Mayın 25-də prezident Sarayda Kral Filippi ziyarət erdəcək və baş nazir Çarl Mişel ilə görüşəcək. Bundan sonra prezidentin NATO sammiti çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi planlaşdırılır. Mayın 25-də gecə onun təyyarəsi Siciliyaya (G7-nin saamiti keçiriləcək – red.) yola düşəcək. ABŞ-ın nümayəndə heyətinin tərkibinə təxminən 1000 nəfər daxil olacaq”, – qəzet yazıb.Qeyd edək ki, Belçikaya səfəri çərçivəsində D.Tramp, həmçinin Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-klod Yunker ilə görüşəcək.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir