xeber –
“Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” veloturu artıq başlayıb.
ANS PRES-in məlumatına görə, mayın 10-a kimi davam edəcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 867 km məsafə qət edəcəklər.
“Tour d’Azerbaïdjan-2015″də 25 komanda mübarizə aparır. Azərbaycanı nüfuzlu yürüşdə təmsil edən “Synergy Baku Cycling Project” kontinental komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda var.
Ölkəmizi “Tour d’Azerbaïdjan-2015″də “Synergy Baku” komandası təmsil edir. Nüfuzlu yarışda komandamız Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçlə təmsil olunacaq.
“Tour d’Azerbaïdjan-2015” veloturunun proqramı belədir:
6 may
1. Etap: Bakı-Sumqayıt 154 km
7 may
2. Etap: İsmayıllı-Bakı 187 km
8 may
3. Etap: Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ 177 km
9 may
4. Etap: Qəbələ-Mingəçevir 205 km
10 may
5. Etap: Bakı-Bakı 143,8 km
Mənbə : Anspress.com
Şərh yaz.