Mosulda İSİD rehberinin komekcisi mehv edilib

[r32]

14 May, 2017  23:17 xeber – İraqda İŞİD liderinin köməkçisi məhv edilib.”Report”un məlumatıına görə, bu barədə “AlSumaria” telekanalı Diyala vilayəti administrasiyası təmsilçisinə istinadən xəbər verib. Məlumata görə, Zarkaui əl-Xalis kimi tanınan ekstremist hava zərbələri zamanı 4 əlaltısı ilə birlikdə məhv edilib. “Briqada generalı olmuş silahlının, habelə onun 4 köməkçisinin Mosulun qərb hissəsinə endirilmiş hava zərbələri zamanı öldürülməsi barədə təsdiq olunmuş informasiya var” – deyə vilayətin şərq hissəsinin şəhər meri bildirib. Qeyd edək ki, o, Səddam Hüseynin hakimiyyəti dövründə ölkənin güc strukturlarının zabiti olub. Əl-Xalis 2014-cü ildə İŞİD-ə qoşularaq Mosula gəlib və burada qruplaşmanın yüksək vəzifələrindən birini tutub. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir