Tataristanda Rusiya ve İslam Emekdasliq Teskilati olkelerinin iqtisadi sammiti kecirilecek

[r32]

15 May, 2017  15:22 xeber – Mayın 18-20-də Kazan şəhərində (Tatarıstan, RF) Rusiya və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin IX beynəlxalq iqtisadi sammiti (“Kazansummit”) keçiriəcək.“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə RF Prezidenti Vladimir Putin, baş naziri Dmitri Medvedev, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Bankının sədri Elvira Naibullina, İƏT-in keçmiş baş katibi Ekmeleddin İhsanoğlu və digər şəxslərin çıxışı nəzərdə tutulub. Bundan başqa, natiqlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti və qurumun Rusiya nümayəndəliyinin rəhbəri, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva, “KPMG” audit şirkətinin Rusiya və MDB ölkələrində maliyyə müəssisələri ilə iş təcrübəsinin, eləcə də Azərbaycandakı törəməsinin rəhbəri Vüqar Əliyev, Rusiyanın “Sberbank”ının İdarə Heyəti sədrinin müavininin müşaviri Behnam Qurbanzadə də var. Xatırladaq ki, Rusiya və İƏT ölkələrinin beynəlxalq iqtisadi sammiti 2009-cu ildən keçirilir, ticari-iqtisadi, elmi-texniki, sosial-mədəni əməkdaşlıq üçün əsas platforma sayılır. 2016-cı ildə baş tutmuş bu tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 1 556 nümayəndə, eləcə də 182 KİV təmsilçisi iştirak edib. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir