Britaniyada usaqlari qetle yetiren manyak hebsxanada olub

[r32]

16 May, 2017  03:53 xeber – 1960-cı illərdə 5 uşağı qətlə yetirən manyak İen Breydi 79 yaşında xərçəng xəstəliyindən ölüb.”Report” xəbər verir ki, bu barədə xəstəxanadakı mənbəyə istinadən “The Sun Online” nəşri yazıb.Öldürülən uşaqlardan birinin ailə üzvü “Twitter”də yazıb: “Ailəmizdə xoş xəbərlər var! Şeytanın şagirdi Breydi nəhayət ki, öldü”.Qətllər 1963-1965-ci illər aralığında İen Breydi və onunla əlbir olan Mayra Hindli tərəfindən İngiltərənin Böyük Mançester qraflığında törədilib. Cinayətlərin qəddarlıqla törədilməsinə baxmayaraq, 1965-ci ildən Britaniyada ölüm hökmü ləğv olunduğundan, 1966-cı ildən qatillər ömürlük həbs cəzası alıblar. Hindli 2002-ci ildə türmədə ölüb.1985-ci ildə Breydi ağılsız hesab olunub və cəzasının qalan hissəsini ağılsızlar üçün son dərəcə ciddi olan “Eşuort” həbsxanasında keçirib.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir