Qis Olimpiya Oyunlarinin budcesi 1,97 milyard dollari asacaq

[r32]

17 May, 2017  13:27 xeber – 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarının büdcəsi 1,97 milyard dolları aşacaq. “Report”un məlumatına görə, bu barədə “Pxençan-2018”in Təşkilat Komitəsinin sədri Li Xi Bom TASS-a açıqlamasında bildirib.Onun sözlərinə görə, büdcədəki düzəlişə səbəb ölkə rəhbərliyində baş verən dəyişiklikdir: “Bir müddət əvvəl ölkə rəhbərliyi dəyişib. Ona görə, yaxın vaxtlarda Olimpiya Oyunlarının büdcəsinə düzəlişlər müzakirə olunacaq. Hazırkı büdcə 2,2 trilyon Cənubi Koreya vonu (1,97 milyard dollar) həddindədir. Lakin bu rəqəm dəyişəcək. Çünki xərclər artır”.Qeyd edək ki, mayın 10-da Cənubi Koreyanın yeni prezidenti vəzifəsinə Mun Çje İn seçilib. 2018-ci il Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir