Bu ilin İ rubunde Azerbaycanda 3,2 mlrd. kubmetr qaz istehlak edilib

[r32]

17 May, 2017  14:29 xeber – Bu ilin I rübündə Azərbaycanda 6,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub.“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 69,8%-i hasilatın, 25,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 4,8%-i isə idxalın hesabına formalaşıb. Belə ki, hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 4,75 mlrd. kubmetr, ilin əvvəlinə mövcud olan ehtiyatın həcmi 1,73 mlrd. kubmetr, idxal olunan qazın həcmi isə 326 mln. kubmetr təşkil edib.Təbii qaz ehtiyatlarının 47%-i ölkə daxilində istehlak edilib, 34,9%-i ixrac olunub, 6,4%-ni itkiyə gedib, 11,7 %-i isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb. Bu ilin I rübündə ölkə daxilində 3,196 mlrd. kubmetr qaz istehlak olunub. Hesabat dövründə 2,373 mlrd. kubmetr qaz ixrac edilib, 435 mln. kubmetr itki olub, aprelin əvvəlinə 796 mln. kubmetr ehtiyat qalıb.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir