Gozden elil kisi intihar etdi

[r32]
2017-05-17T16:58 xeber –
BAKI, 17 may — Sputnik. Qax rayonunda gözdən əlil şəxs intihar edib. Hadisə bu gün günorta saatlarında rayonun Çinarlı kəndində baş verib.
Kənd sakini, 1938-ci il təvəllüdlü Nəzirməmməd Mehdi oğlu Abdullayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.
Araşdırma zamanı 79 yaşlı N. Abdullayevin intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, gözdən əlil olan N. Abdullayev son zamanlar onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Bu səbəbdən N. Abdullayev əvvəllər də bir neçə dəfə intihara cəhd edib.
Faktla bağlı Qax rayon prokrorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir