xeber –
Birləşmiş Ştatlar və Kuba arasında parom gediş-gəlişi bərpa olunub.
ANS PRESS-in məlumatına görə, bununla da 1959-cu ildən bu yana davam edən dəniz yüklərinin daşınmasına olan qadağalar amerika prezidenti Barak Obama administrasiyası tərəfindən ləğv edilmiş olur.
Azadlıq adası ilə Florida arasında olan məsafə isə sadəcə 150 kilometrdir. Bu da əlbətdə ki, yük daşıyan şirkətlərin xeyrinədir. Yük şirkətlərindən biri artıq Facebook səhifəsində nəzərdə tutulan reyslərin elanını verməyə gecikməyib. Lakin tarixi hadisə təkcə yüklərin yox vətəndaşların da gediş-gəlişini asanlaşdıracaq.
Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ və Kuba diplomatik əlaqələrin bərpa olunması niyyətlərini açıqlayıb. ABŞ öz növbəsində Kubaya qarşı iqtisadi embarqonu yumşaltmaya və ticarət əlaqələrini genişlətməyə hazır olduğunu bəyan edib. Bu ilin aprel ayında isə Panama görüşündə Barak Obama və Raul Kastro əl sıxaraq görüşüblər.
Mənbə : Anspress.com
Şərh yaz.