xeber –
Portuqaliyalı ulduz Kriştiano Ronaldo qatıldığı bir mərasimdə təqdirə layiq addım atıb.
ANS PRESS-in məlumatına görə, “Real”ın (Madrid)” ulduz futbolçusu tədbirdə iştirak edən yapon uşağın portuqal dilində danışmasına qulaq asıb.
Ronaldo gənc pərəstişkarının tələffüz etməkdə çətinlik çəkdiyi cümlələrə gülən mətbuat nümayəndələrinə giley edib.
Balaca uşağın danışarkən çətinlik çəkməsinə lağ edən jurnalistlərə xəbərdarlıq edən futbolçu reaksiyasını belə ifadə edib: “Niyə gülürsünüz? Çox yaxşı portuqalca danışır. O, portuqal dilində danışmağa özünü məcbur edir və məncə buna görə sevinməlisiniz”, – deyə futbolçu vurğulayıb.
Mənbə : Anspress.com
Şərh yaz.