İslamiada kecirilen gunlerde tecili tibbi yardima 152 nefer muraciet edib

[r32]

22 May, 2017  10:41 xeber – “IV İslam Həmrəyliyi Oyunları keçirilən günlərdə – mayın 12-dən 21-nə qədər təcili tibbi yardıma ümumilikdə 152 nəfər müricət edib”.Bunu “Report”a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib.Onun sözlərinə görə, müraciət edənlərdən 103 nəfəri yerli, 49 nəfəri isə əcnəbi vətəndaşlar olub: “Yerli vətəndaşlardan 25 nəfəri, əcnəbilərdən isə 19 nəfəri xəstəxanaya yerləşdirilib. Oyunlar üçün ümumilikdə 45 həkim briqadası ayrılmışdı.
Diaqnozlara gəlincə, ya idmançının oyun zədəsi olub, yaxud kiminsə təzyiqi qalxıb və ya düşüb, eləsi də var ki, qızdırması olub. Yaxud da sadəcə həyəcan keçirib. Lakin ciddi diaqnoz qeydə alınmayıb”.M.Mirzəzadə qeyd edib ki, Oyunların bu gün keçiriləcək bağlanış mərasimi üçün 20 həkim briqadası ayrılıb. Həkim briqadaları Bakı Olimpiya Stadionunda olacaqlar. Qeyd edək ki, Oyunlar keçirilən günlərdə iyarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə iki tibb müəssisəsində – 1 saylı Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir