Ukrayna Merkezi Banki ucot derecesini bir qeder de azaldib

[r32]

25 May, 2017  16:28 xeber – Ukrayna Milli Bankı (Mərkəzi Bank) pul-kredit siyasətinin yumşaldılması kursunun davam etdirilməsi çərçivəsində uçot dərəcəsini daha 0,5 faiz bəndi azaldılaraq 12,5%-ə endirib. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qərar sabahdan qüvvəyə minəcək. Bu, son 1 ayda Ukraynada uçot dərəcəsinin ikinci dəfə azaldılmasıdır. 2015-ci ilin mart-avqust aylarında isə Ukraynada uçot dərəcəsi 30% təşkil edib və tarixi maksimuma çatıb.Milli Bankın məlumatında bildirilib ki, uçot dərəcələrinin azaldılması 2017-2018-ci illərdə inflyasiya hədəfinə nail olmaq zərurəti əsasında həyata keçirilir. Qeyd edək ki, aprel ayında Ukraynada inflyasiya illik müqayisədə 12,2% təşkil edib. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir