Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Əliyev: Qanları yerde qalmayacaq – Şekil

Əliyev: Qanları yerde qalmayacaq – Şekil

07/05/2015

22:40


xeber –

Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.

ANS PRESS-in məlumatına görə, açılışda iştirak edən prezident İlham Əliyev çıxış edib.

Prezident veteranları 9 May – Qələbə Günü münasibətilə təbrik edib: “Mən mayın 9-da Moskvada keçiriləcək bayram tədbirlərində iştirak edəcəyəm. Ona görə, bizim ənənəvi görüşümüzü bu gün – mayın 7-də keçiririk. Hər il biz sizinlə görüşürük və bu görüşlərin çox böyük mənası var. Eyni zamanda, bu gün veteranların həyatında əlamətdar gündür. Çünki veteranlar üçün yeni gözəl inzibati bina istifadəyə verilir. Keçən il veteranlar təşkilatının nümayəndələri mənə müraciət etmişdilər. Dərhal qərar qəbul edildi və gözəl iş yeri tikildi.

Ən yüksək standartlara cavab verən bu mərkəzdə veteranlar çalışacaqlar. Burada bütün şərait yaradılıb və biz bunu qısa müddət ərzində etmişik. Yəni, bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti öz veteranlarına böyük qayğı və diqqət göstərir. Veteranlar yüksək mükafatlarla təltif olunur, onlara minik maşınları verilir. Növbədə duran bütün veteranlara avtomobillərin verilməsi prosesi bu il başa çatacaq. Mənzillər, pul mükafatı verilir. Onu da qeyd etməliyəm ki, MDB məkanında ən yüksək pul mükafatı məhz Azərbaycanda verilir. Siz buna layiqsiniz. Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz və Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin siyasəti də məhz ondan ibarət idi ki, biz müharibə veteranlarına daim diqqət göstərək.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə Gününü bayram günləri siyahısından çıxarmışdı. Yəni, bu bayram ləğv edilmişdi. Onlar elə bil ki, sizin qəhrəmanlığınızı tarixdən silmək istəyirdilər. Ancaq onların özləri tarixdən və siyasi səhnədən silindi, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilmədi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra tarixi ədalət bərpa edildi, 9 May – Qələbə Günü rəsmi bayram kimi təsdiq olundu və o gündən bu günə qədər biz bu bayramı qeyd edirik. Bu, bizim dövlət bayramımızdır, əziz bayramımızdır”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib: “Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Bu, Azərbaycan xalqının qəhrəmanlığını təsdiq edən statistik göstəricilərdir. Eyni zamanda, Azərbaycan alman faşizmi üzərində Qələbənin əldə edilməsində həlledici rol oynayıb. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam fərqli ola bilərdi. O vaxt – müharibə illəri zamanı Sovet İttifaqında 110 milyon ton neft hasil edilmişdi. Ondan 75 milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi. Təsadüfi deyil ki, alman faşizmi Bakını zəbt etmək üçün çox böyük səylər göstərmişdi. Çünki əgər Bakını zəbt etsəydilər, o zaman bütün Sovet İttifaqının əksər enerji resurslarına sahib çıxmış olacaqdılar və beləliklə, yanacaq qıtlığı ucbatından müharibənin nəticələri tam başqa ola bilərdi.

Bakını sovet ordusu müdafiə etdi və bu, xalqımızı böyük bəlalardan xilas etdi. Azərbaycanın 300 min nümayəndəsi qəhrəmancasına həlak oldu. Ancaq əgər Hitlerin ordusu Bakını zəbt etsə idi, xalqımıza qarşı soyqırımı törədilərdi. Çünki faşizm ideologiyası irqçilik, ayrı-seçkilik, ksenofobiya, başqa millətlərə qarşı nifrət üzərində qurulmuşdu. Bakının qəhrəmanlığı bu gün dünya üçün də artıq sirr deyil və biz çalışmalıyıq ki, Azərbaycan xalqının, Azərbaycan zəhmətkeşlərinin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirək. Bu yaxınlarda çəkilən və nümayiş etdirilən sənədli film də Azərbaycanın ümumi Qələbəmizə nə qədər böyük töhfə verdiyini əyani şəkildə göstərir. Azərbaycan neftçiləri ilə bərabər Azərbaycan zəhmətkeşləri də böyük fədakarlıq göstərmişlər”.

İlham Əliyev deyib ki, müharibə zamanı Azərbaycanın sənaye müəssisələrində 130 növ silah-sursat istehsal olunurdu ki, bu da Qələbəmizin əldə edilməsində mühüm rol oynamışdı: “Biz bütün bu tarixi faktları bilirik. Bizim gənc nəslimiz də, dünya da bilməlidir. Biz Azərbaycanın faşizm üzərində Qələbənin əldə edilməsindəki müstəsna rolu haqqında danışırıq, danışacağıq və bundan sonra da bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdıracağıq. Əfsuslar olsun ki, bu gün faşizm ideologiyası bəzi yerlərdə yenə də baş qaldırır. Biz buna imkan verə bilmərik, biganə qala bilmərik. Müharibə haqqında həqiqətlər təhrif olunur. Sanki kimsə tarixi yenidən yalan, siyasi sifariş üzərində yazmaq istəyir. Sovet ordusunun Qələbənin əldə edilməsində həlledici rolunu bəzi qüvvələr danmaq istəyirlər. Bu, dözülməzdir, qəbuledilməzdir. Ona görə hamımız – veteranlar, siyasətçilər, ictimaiyyət, dünya ictimaiyyəti bu məsələ ilə bağlı öz sözünü deməlidir və biz bu sözü deyirik. Tarixi təhrif etməklə yanaşı, faşistlərin qəhrəmanlaşdırılması prosesi də gedir. Biz buna da dözə bilmərik. Çünki faşizm ideologiyası Yer kürəsində ən çirkin, təhlükəli, dəhşətli ideologiyadır. Bu gün müxtəlif ölkələrdə neofaşizm meyillərinin güclənməsi bizi haqlı olaraq narahat edir. Bizə elə gəlirdi ki, faşizm ideologiyası ilə artıq məsələ bağlandı. Bundan sonra bu, heç vaxt baş qaldırmayacaq. Ancaq əfsuslar olsun ki, biz görürük, yürüşlər, müxtəlif tədbirlər keçirilir. İndi həmin ideologiya başqa adlarla pərdələnərək dirçəlməyə başlayır.

Avropada antimiqrant hərəkatı də məhz faşizm, irqçilik, ayrı-seçkilik ideologiyası üzərində qurulur. Hesab edirəm ki, dünya siyasətçiləri öz sözünü deməlidirlər. Biz neofaşizmin nə qədər böyük fəlakət olduğu haqqında öz sözümüzü deyirik və deyəcəyik. Ona görə mən çox şadam ki, siz veteranlar həmişə olduğu kimi, öz fəal mövqeyinizlə seçilirsiniz və sizin sözünüzün çox böyük mənası var. Siz müharibənin, o tarixin canlı şahidlərisiniz, onun iştirakçılarısınız”.

Prezident qeyd edib ki, əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında faşizm ideologiyasının nəticəsi olan Qarabağ fəlakəti, işğalı ilə üzləşmişdi: “Biz XX əsrin sonlarında erməni faşizmi ilə üzləşdik. Bizə qarşı aparılan işğalçı siyasət, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür. Bu gün dünyada erməni faşizmi haqqında kifayət qədər sənədlər, kitablar, məqalələr dərc edilir. Erməni faşizmini ifşa etmək üçün əsas yükü biz öz üzərimizə götürmüşük. Günahsız insanlar, qadınlar, uşaqlar ona görə öldürülürdü ki, onlar azərbaycanlıdır. Biz erməni faşizminə qarşı mübarizə aparırıq və qurbanlarımızın qanını yerdə qoymuruq. Biz lazımi tədbirləri görürük və görəcəyik ki, faşistləri layiqincə cəzalandıraq. Azərbaycan Ordusu indi bütün lazımi tədbirləri görür. Eyni zamanda, Ermənistanda Hitlerə qulluq edən faşistlərin xatirəsinə hörmət göstərilir, onların adları küçələrə, meydanlara, parklara verilir. Siz veteranlar bir neçə ölkənin dövlət başçısına məktubla müraciət etmisiniz, erməni faşizmi haqqında yazmısınız, Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması haqqında yazmısınız. Mən bunu alqışlayıram. Bunu hər kəs bilməlidir. Bu, dözülməzdir. Ona görə, Azərbaycanın həm İkinci Dünya müharibəsindəki rolu, həm bu gün bizim mövqeyimiz haqqında dünya bilir və bilməlidir. Bəzi ölkələr indi tarixi həqiqətləri danmaq istəyirlər. Bir daha demək istəyirəm ki, tarixi təhrif etmək, faşizmi kommunizmlə bərabərləşdirmək istəyirlər. Bu, dözülməzdir.

Bu gün biz əlbəttə ki, azad cəmiyyətdə yaşayırıq. Bazar iqtisadiyyatı, siyasi plüralizm, demokratiya, çoxpartiyalı sistem – bunlar sovet dövründə mümkün deyildi. Ancaq, eyni zamanda, Sovet İttifaqını faşist Almaniyası ilə müqayisə etmək həm ədalətsizlikdir, həm də böyük cinayətdir. Biz öz tarixi keçmişimizə hörmətlə yanaşırıq. Keçmişdə yaxşı hallar da, acınacaqlı məqamlar da olub. Azərbaycan xalqı da bir çox hallarda ədalətsizliklə üzləşib. Ancaq biz tarixi heç vaxt saxtalaşdırmamalıyıq”.

İlham Əliyev deyib ki, bu gün yeni tarix yazılır. Müstəqil Azərbaycan öz tarixini yazır. Bu tarix şərəfli tarixdir. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın iqtisadi inkişafı bu gün nümunə ola bilər: “Böhranlı illərdə biz öz prinsipial siyasətimizdən kənara çıxmırıq. Biz xalqın rifah halını yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Bu gün Azərbaycanın dünyadakı rolu kifayət qədər böyükdür, mövqelər möhkəmdir, daxildə sabitlik, xalqla iqtidar arasında vəhdət var. Azərbaycan çoxmillətli ölkə kimi dinlərarası, mədəniyyətlərarası münasibətlərin tənzimlənməsi işində nümunədir. Bu gün müstəqilliyimizin tarixini biz – siz veteranlar, gənc nəsil yazırıq. Bu gün biz azadıq, müstəqilik və bu, bizim ən böyük sərvətimizdir. Müstəqil Azərbaycan dövləti öz veteranlarına çox böyük hörmətlə yanaşır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir”.

Mənbə : Anspress.com




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles