xeber –
Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı Konqresə İranın nüvə proqramının məhdudlaşdırılmasına dair razılıqların nəzərdən keçirməsi və ya rədd etməsi haqqı verən qanun layihəsini səsvermə ilə təsdiq edib.
ANS PRESS-in məlumatına görə, komitənin respublikaçı rəhbəri Bob Korkerin irəli sürdüyü layihə Senatın ümumi iclasında müzakirə və səsverməyə çıxarılıb. 100 nəfərlik Senatda 98 nəfər layihənin lehinə səs versə də, Arkanzas ştatının senator Tom Kottn leyhinə səs verib. Kaliforniya senator Barbara Bokser isə səsvermədə iştirak etməyib.
Ümumi səsverməyə əsasən qəbul edilən layihənin gələn həftə Nümayəndələr Palatasına göndəriləcəyi gözlənilir.
İranla razılığın təsdiq və ya rədd edilməsi üçün Konresə 30 gün vaxt veriləcək.
ABŞ prezidenti Barak Obama nüvə danışıqlarının getdiyi bir vaxtda Konqresin İranla bağlı qanun layihəsini müzakirə etməsini əvvəlcə qınamış, daha sonra isə hər iki partiyanın uzlaşması nəticəsində hazırlana biləcək yeni versiyasını təsdiq edə biləcəyini bildirmişdi.
Xatırladaq ki, İran ilə BMTnin 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyanın yaratdığı 5+1 qrupunun apardığı müzakirələr nəticəsində aprelin 2-də ümumi razılıq əldə edilmişdi.
Mənbə : Anspress.com
Şərh yaz.