ABS Suriya kurdlerine silah tedarukune baslayib

[r32]

31 May, 2017  01:41 xeber – ABŞ “Suriya demokratik qüvvələrin”in kürdlərinə silah və sursatın tədarükünə başlayıb.”Report” xəbər verir ki, bu barədə Pentaqonun iki məmuruna istinadən “NBC News” telekanalı bildirib.Hərbi məmurlardan birinin məlumatına görə, silah tədarükü son 24 saat ərzində başlayıb. Lakin silah tədarükünün hansı yolla həyata keçirildiyi məlum deyil.Bundan əvvəl ABŞ hərbçiləri bildirmişdi ki, onlar Suriya kürdlərinə zirehli avtomobillər, hərbi sursat və mühəndis avadanlıqları, radiostansiya, buldozerlər tədarük etməyi planlaşdırırlar.Pentaqon “Suriya Demokratik qüvvələri”ni İŞİD terror qruplaşmasına qarşı mübarizədə, xüsusən Rakka şəhərinin silahlılardan azad edilməsində zəruri hissə hesab edir. Şəhər 2014-cü ildən İŞİD-in nəzarəti altındadır. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir