Narkoman ve eyyaslarin ehatesinde olanlar, mutleq oxuyun!

[r32]
2017-05-31T10:41 xeber – ABŞ alimləri Amerika narkomanların və alkoqol aludəçilərinin sevimli musiqi qruplarını və filmlərini müəyyən ediblər. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən araşdırma Cornell Universitetinin elektron kitabxanasının saytında açıqlanıb.
©
Foto: customs.gov.azArtıq bu maddələr də narkotik sayılacaq
Alimlərin araşdırmasının nəticəsinə görə, ABŞ-ın narkotik preparatlar qəbul edən sakinlərinin əksəriyyəti Radiohead, The Cure, Depeche Mode, The Smiths və Arctic Monkeys kimi musiqi qruplarına qulaq asırlar. Amerikalı alkoqol aludəçilərinin sevimli filmləri siyahısındakı top ikiliyə “V – Vandetta deməkdir” (V for Vendetta) və “Bundok müqəddəsləri” (The Boondock Saints) daxildir.
Bu nəticəyə müəlliflər, kompüter tədqiqatları proqramı tərəfindən həyata keçirilmiş 150 mindən çox ingilisdilli amerikalının “Facebook” hesabındakı like-ların analizi sayəsində gəliblər. Mütəxəssislər qeyd ediblər ki, onların hazırladıqları sistem “Facebook” istifadəçilərinin asılılıqları ilə bağlı son dərəcədə düzgün tədqiqat aparmağa qadirdir. Bu sistem siqaret alışqanlığı olanları 86%, narkotik asılılığı olanları 84%, alkoqol asılılığı olanları isə 81 % düzgün təyin edir.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir