Almaniya ve daha 4 dovlet NATO-nun sammitinin İstanbulda kecirilmesine qarsi cixib

[r32]

31 May, 2017  12:12 xeber – Almaniya, Fransa, Danimarka, Hollandiya və Kanada NATO-nun növbəti zirvə toplantısının 2018-ci ildə İstanbulda keçirilməsi təklifinə qarşı çıxıb.“Report” “Haber7″yə istinadən xəbər verir ki, rəsmi Ankara bu təklifi alyansın mayın 24-25-də Brüsseldə keçirilən sammitində irəli sürüb. “Der Spigel” qəzeti yazıb ki, iki ölkə arasındakı mövcud böhranlı vəziyyətə görə Almaniya bu təklifin əleyhinə olub. “Die Welt”in məlumatına görə, NATO-nun üzvü olan digər dövlətlər bu təklifi dəstəkləyiblər. Məlumata görə, yekun qərar təşkilata üzv dövlətlərin müdafiə nazirlərinin bu ilin iyununda Brüsseldə keçiriləcək toplantısında qəbul olunacaq. Qeyd edək ki, NATO-nun 29 üzvü var. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir