Ruminiya prezidenti Azerbaycanin dovlet bascisina mektub gonderib

[r32]

31 May, 2017  17:09 xeber – Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. “Report”un məlumatına görə, mətndə deyilir:  “Hörmətli cənab Prezident.Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırmaq istərdim.Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində Rumıniya və Azərbaycan Respublikası yüksək səviyyəli siyasi dialoq vasitəsilə gücləndirilən, energetika, nəqliyyat, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlıq potensialından güc alan strateji tərəfdaşlığı inkişaf etdirmişdir.Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfələr verə biləcəyik.Cənab Prezident, Sizə dərin ehtiram bəslədiyimə əmin ola bilərsiniz”.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir