Azerbaycan ile Turkiye arasinda dostluq munasibetlerinin genislendirilmesi barede fikir mubadilesi aparilib

[r32]

31 May, 2017  20:27 xeber – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov mayın 31-də Türkiyə Respublikasının Batumidəki baş konsulu Yasin Temizkan ilə görüşüblər.Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi, dünyada tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrindən bəhs edib.Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.Görüşdə, həmçinin, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir