Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
03/06/2017

“Dusunurler ki, Elcinin eserini tamasaya qoymaqla dividend qazanacaqlar”

“Dusunurler ki, Elcinin eserini tamasaya qoymaqla dividend qazanacaqlar”



2017-06-03T14:21 xeber –
BAKI, 03 iyun — Sputnik. O, 40 ilə yaxındır ki, teatr və kino sahəsində çalışır. Həm də 40 ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı”nı tədris edir. Geniş və gur səsi, aydın tələffüzü, düzgün danışığı hər kəsi valeh edir. O, danışıq sənətinin bütün incəliklərini dərindən bilən ən usta aktyor, ən dəyərli pedaqoqdur.
Siz onu “Oyun” filmində Balasultan ağa, “Yalan” filmində Arbaçı Əli, “Sübhün səfiri” filmində Molla Həmid, son dönəm isə “Vicdan haqqı” serialında Telman obrazından tanıyırsınız.
2012-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum və öyrənəndə ki, “Səhnə danışığı”ndan mənə Azad Şükürov dərs deyəcək, bunu ali təhsilimin ilk, həm də ən böyük uğuru hesab etmişdim. Səsini xarici filmlərin dublyajlarından, radio və televiziya verilişlərindən eşidib danışığına həsəd apardığım həmin sənətkarın tələbəsi olmuşdum. Sonra mən bu Universitetdən imtina etsəm də, iki səbəbə görə ora sərf etdiyim zamana peşman deyiləm: biri kurs rəhbərimiz Esmiralda Osmanovanın tələbəsi olmaq, biri də Azad Şükürov kimi danışıq nəhənginin bilik və bacarıqlarından bəhrələnmək.
©
Sputnik / Orkhan Bakhadırsoy”Azadlıq o demək deyil ki, soyunub fəxri ad alasan”
Beləliklə, müsahibim Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Səhnə danışığı” kafedrasının müdiri Azad Şükürovdur. Söhbətə başlamaq üçün cümlələri diqqətlə seçir, tələffüz qaydalarına riayət etməyə, aydın danışmağa çalışıram.
— Xoş gördük, Azad müəllim. Bizə öz həyat və yaradıcılıq hekayənizin qısa məzmununu danışın, zəhmət olmasa.
— Xoş gördük, Orxan. Əvvəla minnətdaram ki, diqqət göstərmisiz, əziyyət çəkmisiz. Sənət adamları sevir ki, onlara diqqət göstərsinlər, qayğılarına qalsınlar (gülümsəyir – O.B). Mən 1959-cu il fevral ayının 11-də Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olmuşam. Bizim ailəmiz çox böyük olub. On uşaq olmuşuq: beş qardaş, beş bacı. Mən ən kiçiyiyəm. Valideynlərim rəhmətə gediblər. Kəndimizi də ermənilər işğal ediblər. Bizim kəndimiz Füzuli yolunun üstündə idi. Kənd uşağı necə böyüyər? At da minmişəm, ilan da öldürmüşəm, balıq da tutmuşam, ot da çalmışam, heyvan da otarmışam.
O vaxt orta məktəb şagirdlərini teatra aparırdılar. Bizi də bir neçə dəfə Ağdam teatrına aparmışdılar. Mən də baxıb rəngli, məxmər pərdələri, qəşəng milli paltarlar geyinən kişiləri gördüm. Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərini oynayırdılar. Yaxşı aktyorlar var idi və tamaşa çox xoşuma gəldi. Onda anladım ki, bu, elə mən axtardığım sənətdir. Orta məktəbi bitirəndən sonra gəldim İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universitetinə). Birinci il kəsildim. Diqqət edin: “kəsdilər” demirəm, “kəsildim” deyirəm. Hamı deyir ki, “məni kəsdilər”, heç kəs demir ki, “mən kəsildim”. Amma fakt odur ki, mən kəsildim. Çünki mən yaxşı hazırlaşmamışdım.
İkinci il hazırlaşanda onu hiss etdim ki, birinci il imtahan üçün hazır olmamışam. Rayonda elə bilirdim ki, xalq artistiyəm. İkinci il şəhərdə qaldım, tikintidə işlədim, xalq teatrına getdim, bütün şəhər mühitinə düşmüş kənd uşaqları kimi bir müddət sonra bu mühitə öyrəşdim, adamlar tanıdım, dünyagörüşüm artdı. Birinci il də, ikinci il də məndən Ədil müəllim (Ədil İsgəndərov) və Təhmasib müəllim (Rza Təhmasib) imtahan götürdülər. İkinci il qəbul olunanda Rza Təhmasibin kursuna düşdüm və peşman da olmadım. Onun da assistenti Əliabbas Qədirov idi. Ali təhsilimi bitirəndən sonra təyinatımı verdilər Lənkəran Dövlət Dram Teatrına.
©
Sputnik / Orxan BahadırsoyNə qədər yalançı kübar qadınları oynamaq olar?!
1981-ci ildən 1984-cü ilə qədər orda işlədim. 1984-cü ildə həmin teatrdan çıxdım, başladım İncəsənət Universitetində saathesabı dərs deməyə və bu günə qədər “Səhnə danışığı” kafedrasında işləyirəm. 2001-2006-cı illərdə həmin kafedranın müdiri vəzifəsində çalışdım, sonra öz xahişimlə o vəzifədən getdim. Bir-iki il bundan əvvəl yeni təyin olunan rəhbərlik bu vəzifəni yenidən mənə təklif etdi və hal-hazırda yenidən o kafedranın müdiriyəm. 1984-cü ildən 1990-cı ilə qədər Tədris teatrında, 1990-cı ildən 1992-ci ilə qədər Şuşa Dövlət Musiqili Dram Teatrında, 1993-cü ildən 2009-cu ilə qədər Bakı Bələdiyyə Teatrında aktyor kimi işləmişəm. Hal-hazırda heç bir teatrda işləmirəm. 2002-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adını aldım. Bələdiyyə teatrının on illiyi idi və bir neçə sənətçiyə bu münasibətlə fəxri adlar verildi. Biri də mən oldum.
— Gedişiniz ümumi teatr mühitindən idi, yoxsa təkcə Bələdiyyə teatrından?
— Yox. Mən Bələdiyyə teatrından çıxdım. Teatr mühitindən niyə çıxım ki? Bu günə qədər müxtəlif tamaşalar oynamışam, yenə də oynayıram. 1993-cü ilin yanvarında Bələdiyyə teatrına gəldim, 6-7 ay məvacibsiz işlədim. Mən Amaliya xanımı (Amaliya Pənahovanı) başa düşürəm. Yenicə yaratmışdı teatrı, hər kəsə güvənmirdi, narahat idi ki, teatrı dağıdarlar. Sonra gördü ki, mən normal aktyoram, rol verdilər, rəsmi işə götürüldüm. Bir şeyi də qeyd edim ki, Şuşa işğal olunandan sonra söhbət düşdü ki, Şuşa teatrı harada fəaliyyət göstərməlidir. Təvazökarlıqdan kənar olsa da, deyəcəm, mənim köməyimlə yığışıb Həsən Əblucu verdik qabağa, getdik Gənc Tamaşaçılar Teatrının direktoru Kamal müəllimin (Kamal Əzizovun) yanına. Allah ona qəni-qəni rəhmət etsin. O, dedi ki, “Şuşa da bizimdir, onun teatrı da bizimdir”. Gənc Tamaşaçılar Teatrında iki otaq verdi bizə. O kişinin hesabına Şuşa teatrı yaşadı.
— Bələdiyyə teatrından getməyinizin səbəbi nə idi?
— Orda çox gərgin rejimdə işləyirdim: baş rollar, qastrollar. Digər yaradıcılıq məsələlərindən tamamilə kənarda qalmışdım. Kinoda işləyə bilmirdim. Teatrdan çıxandan sonra film sahəsində kifayət qədər ciddi işlərim oldu.
— İlk filminiz hansı oldu?
— İlk böyük filmim “Ekran Yaradıclıq Birliyi”ndə rejissor-ssenarist Azər Zamanlının “Oyun” filmi olub. Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” əsəri əsasında çəkilib. Daha sonra Ramiz Əzizbəylinin, Ramiz Həsənoğlunun filmlərinə dəvət aldım və çəkildim. Muqbilov var idi (rejissor Nadir Muqbilov), onun “Prokuror” adlı filmində baş rolu oynadım. Film bircə dəfə “Xəzər” televiziyasında yayımlandı, daha sonra sponsor icazə vermədi filmin yayımlanmasına. Amma internetdə var, kim istəsə, baxa bilər. Çox maraqlı filmdir.
— Özünüz haqqında danışanda bir cümləni xüsusi vurğuladınız: “kəsildim, kəsmədilər”. Sizcə Universitetə qabiliyyət üzrə qəbul imtahanı verən bütün tələbələr kəsilir? Onları heç kəs kəsmir?
— Bilirsən necədir, Orxan? Tarixdə çox maraqlı hadisələr baş verib. Məsələn, məşhur yazıçı Maksim Qorki ilə məşhur vokalist Şalyapin (rus opera müğənnisi Fyodor Şalyapin) birlikdə Konservatoriyanın vokal sinifinə imtahan veriblər. Şalyapin kəsilib, Maksim Qorki qəbul olunub. Təbii ki, bir neçə ildən sonra Maksim Qorki başa düşüb ki, ondan vokalist olmaz və çıxıb. İndi biz deyək ki, həmin imtahanı götürən müəllimlər qeyri-obyektiv olublar?
©
Sputnik / Orxan Bahadırsoy“Mən şəhidlik arzusu ilə yaşamışam”
Və yaxud götürək Azad Şükürovu. 1976-cı ildə imtahan verəndə kəsildi. 1977-ci ildə qəbul olundu. Biz deyə bilmərik axı, bunun günahı imtahan götürən müəllimlərdə olub. Ümumiyyətlə, qabiliyyət imtahanı çox qəribə prosesdir. Bəzən, aktyorluq peşəsinin nə olduğunu bilən, bunu hiss edən adam özünü itirir və pis qiymət alır. Bəzən də görürsən ki, yoldan keçən, şansa imtahan verən gəlir, özünü elə sərbəst aparır ki, müəllimin zənnini aldadır və yaxşı qiymət alır. Belə şeylər çox olur.
— O zaman sistem düzgün deyil!?
— Yox. Bunu demək düz olmaz. Burada müəllimdən çox böyük təcrübə tələb olunur və tələbənin özünü təqdim etməsindən, özünü aparmasından çox şey asılıdır. Bütün dünyada belə faktlar var. Bu gün Azərbaycan kinosunda korifey hesab etdiyimiz sənətkarlar var ki, vaxtilə imtahandan kəsiliblər. Bununla demək olmaz ki, orda nəsə əyrilik olub. Mən başa düşürəm, zaman-zaman hər yerdə neqativ hallar olur. İnsanın bir çiynində şeytan var, bir çiynində mələk. Kimsə mələyi yedizdirir, kimsə şeytanı. Mən qəbiliyyət imtahanı götürən müəllimlərin heç birinin əvəzindən əlimi “Quran”a basa bilmərəm. Bu məsuliyyəti boynuma götürə bilmərəm. Onu deyə bilərəm ki, mən özüm dəfələrlə qabiliyyət imtahanında olmuşam, çalışmışam ki, obyektiv olsun. Bu, nə dərəcədə məndə alınıb, onu deyə bilmərəm. Onu Allah bilər. Əgər kiminsə haqqına girmişəmsə, o biri dünyaya gedəndə mənə deyəcəklər ki, “filan ildə filan uşaq gəldi, istedadlı olmasına rəğmən, sən onu kəsdin”.
— Mən inanmıram belə bir şey üstə sizi orda mühakimə edələr. Çünki axı dinin qaydalarında bu sənət yaxşı qarşılanmır. İslamın aktyor sənətinə münasibəti mübahisəlidir.
— Əslində, Allah çox istəyir ki, yaratdığı bu dünya gözəl olsun. Biz hər şeyə yarandığı dövrün şəraiti prizmasından yanaşıb qiymət versək, çox geridə qalarıq, çox şey itirərik. Mənə elə gəlir ki, bizim peyğəmbərimiz sağ olsaydı, bu gün müəyyən qaydalarda düzəlişlər edərdi (ümumi gülüşmə — O.B). İslam dininin yarandığı dövrdə teatr haqqında, kino haqqında fikirləşmək çox tez idi. Bizim müəllimimiz Rza Təhmasib deyirdi ki, “istedadlı adamın “dayday”ı Allahdır”. O, bizim qayğımıza çox qalırdı. Mən tələbələrimə qarşı qayğıkeş münasibətimi də ondan öyrənmişəm. Ondan soruşanda ki, “niyə bu qədər qayğımıza qalırsız?”, deyirdi ki, “Allah sizi seçib, sizə istedad verib, mənim nə ixtiyarım var ki, qayğınıza qalmayım?” Ona görə də istedadlı adamlar həssas olurlar, naz-qəmzəli olurlar, diqqəti sevirlər. Çünki onların hamıdan böyük “dayday”ı var, o da Allahdır. Təbii ki, bizim incəsənət mühitində istedadsız adamlar da var, nəyinsə yaxud kiminsə hesabına yüksələnlər də var, özgəsinin saqqızını oğurlayanlar da var, hansısa münasibətlərdən istifadə edənlər də var. Hər kəs öz əməlinə özü cavabdehdir.
©
Sputnik / Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Səhnə danışığı” kafedrasının müdiri Azad Şükürov
— Uzun illərdir ki, İncəsənət Universitetində çalışırsınız. Orda çalışan biri kimi deyil, peşəkar bir aktyor kimi o universitetin təhsil sistemindən, tədris proqramından razısınız?
— Mən o qədər də cahil deyiləm, deyəm ki, hər şey yüksək səviyyədədir. Amma hər halda kifayət qədər müsbət işlər var. Tərəzinin gözünə qoysaq, müsbət işlərin çəkisi çoxdur. Əlbəttə, iş olan yerdə çatışmayan cəhətlər də olacaq, ürəyimizə yatmayan şeylər də olacaq. Desəm ki, hər şey kökündən düz deyil, bu da düz olmaz. Mədəniyyət və İncəsənət Universitetinin binası bu yaxınlarda təmirdən çıxıb. Kifayət qədər yaxşı təmir olunub. Bütün sənət adamlarının adından bu təmirə rəvac verən hər kəsə təşəkkür düşür. Gedib Akademik Milli Dram Teatrının da, Gənc Tamaşaçılar Teatrının da, Musiqili Teatrın da, Opera və Balet Teatrının da tamaşalarına baxın. Orda neçə-neçə istedadlı gənclər var. Parlaq gələcəyi olan aktyorlar var. Əgər İncəsənət Universiteti sənin dediyin qədər pis bir yerdirsə, bu aktyorlar harada yetişib? Necə yetişib?
©
Sputnik / Orxan Bahadırsoy”Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik”
Mənim çəkildiyim “Vicdan haqqı” serialında 6-7 nəfər dünya aktyorları ilə qarşı-qarşıya çıxa biləcək aktyorlar var. Mən yalançı tərifdən uzağam. Təbii ki, o universitetdən inciyənlər də, narazı qalanlar da var. Olur ki, bəzən çox istedadlı adamlar kənarda qalırlar. Olur ki, çox istedadlı adamlar qəbul olunur, amma təhsilini davam etdirə bilmirlər. Bu, sənətdir. Burda hər şey olur. Sakitliklə qəbul etmək lazımdır. Bu mübahisələr varsa, deməli, sənət və təhsil var.
— Bizim İncəsənət Universitetində Stanislavskidən, Çexovdan və bəxtləri gətirsə, Vaxtanovdan başqa heç bir sənət dühasının aktyorluq metodları tədris olunmur. Tələbələr dünyaca məşhur aktyorluq sistemlərini öyrənmirlər. Stella Adler, Antonin Artaud, Bertolt Brext, İrji Qrotovski və başqaları haqqında məlumatları yoxdur. Brextin “Epik teatr” nəzəriyyəsinin varlığından xəbərsizdirlər.
— Özün bilirsən ki, mən mühafizəkar adam deyiləm. Mənim qapım hər cür tənqidə açıqdır. Əgər sən hansısa tələbəyə rast gəlmisən və o, bunları bilməyibsə, o demək deyil ki, heç biri bilmir.
— Bilənlər də öz araşdırmaları nəticəsində öyrəniblər.
— Xeyr. Kifayət qədər dünya teatrından, dünya teatrında baş verən proseslərdən xəbərdar olan tələbələr də var o universitetdə, pedoqoqlar da var. Mən təbii ki, öz işlədiyim universitetin tərəfini saxlayacam. Amma həqiqət naminə deyirəm ki, bu məsələlər sənin fikirləşdiyin qədər acınacaqlı deyil.
— Məsələn, “Aktyor sənəti” kafedrasının müdiri Gülşad Baxşıyeva. Sadaladığım aktyorluq metodları haqqında nə qədər bilir? Uzun illərdir çalışdığı bu vəzifəyə nə dərəcədə layiqdir?
— Gülşad xanımın kifayət qədər teatr təcrübəsi var. Bu və ya digər planda rollar ifa edib. Zəhməti ilə ortaya çıxıb. Uzun müddətdir pedaqoji fəaliyyəti var. Onun tələbələri uğurlu nəticələr göstərib və onların içində fəxri adlar alanlar da var. Gülşad xanım bir yaradıcılıq kafedrasına rəhbərlik edir. Kafedrada gedən yaradıcılıq işlərinə cavabdehdir. Amma o kafedrada dərs deyən müəllimlər öz dərs proseslərində sərbəstdirlər. Onlar yaradıcı insanlardır. Onları heç bir çərçivəyə salmaq olmaz. Gülşad xanım da onları çərçivəyə salmaq istəməz. Sən Gülşad xanımı əliyalın hesab eləmə. Mən Gülşad Baxşıyevanı teatrı bilən bir adam hesab edirəm. Əgər Gülşad xanım görsə ki, kafedraya rəhbərlik etmək üçün daha yaxşı adam var, özü öz yerini ona verəcək mənəviyyata malik adamdır.
— Belə adil adamdır yəni?
— Çox adil adamdır. Biz Gülşad xanımla bir-birimizi çox yaxşı tanıyırıq. Əziz və hörmətli Orxan, mən 30 ildir tanıdığım xanım həmkarımı 5-6 ildir tanıdığım kifayət qədər nadinc tələbəmin ayağına versəm, onda mən Azad müəllim olmaram. Sabah kimsə gəlib sənin haqqında məndən mənfi söz almaq istəsə, onun da cavabını verərəm (ümumi gülüşmə — O. B).
— “Vicdan haqqı” serialından danışaq. Ümumiyyətlə, bu serial ilk başlarda serial sektorunda inqilab kimi görünürdü. Amma sonralar reytinqi düşdü. Sizcə bunun səbəbi nədir?
— Açığı, mənim reytinq haqqında məlumatım yoxdur. Eşidirəm ki, ən yuxarı reytinqli serialdır. Əgər düşübsə də, bunun səbəbini bilmirəm.
— Belə anlaşılır ki, Dilarə obrazının, yəni Kəmalə xanımın serialdan gedişindən sonra reytinq düşdü.
— Bilirsiz, Kəmalə Müzəffər çox istedadlı aktrisadır. Bu gün Azərbaycan teatrında ən güclü aktrisalardan biridir. O, şüurlu sürətdə öz həyatını Azərbaycan teatrına qurban vermiş aktrisadır. Pis mənada qurban yox. Nə olub ki, Kəmalə xanıma? Yəni öz ömrünü teatra, kinoya, sənətə həsr edib. Təbii ki, onun kimi bir aktrisanın hansısa serialdan getməsi o serialın reytinqinin düşməsinə səbəb ola bilər. Burda təəccüblü bir şey yoxdur. Kəmalə xanımın getməsinin səbəbini mən heç kəsdən soruşmamışam. Bu məsələ məni maraqlandırmır. Çünki Kəmalə xanım çox ağıllı, öz hərəkətlərinə cavabdeh olan bir aktrisadır. Onun öz seçimidir. Onun işinə qarışmağa ixtiyarım yoxdur.
— Azad müəllim, son filminiz hansı film olub?
©
Foto: R.Rəhimovun şəxsi arxivindənBöyrəyi dəyişdirilən aktyor donorunun adını açıqladı
— Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi. Mirzə Fətəli Axundov haqqında filmdir. Orda Molla Həmidi oynayıram.
— Hal-hazırda hansısa film üzərində işləyirsiz?
— Yox.
— Tələbələrinizin içində bu gün kifayət qədər məşhur, geniş tamaşaçı kütləsi qazanan neçə aktyor, aktrisa var?
— Mən onların adını çəkməyəcəm. Çünki o tələbələrin hamısı mənim üçün çox əzizdir. Ola bilər ki, birinin adını çəkərəm, biri yadımdan çıxar. Sonra onlar məndən inciyər. Elə olur ki, heç gözləmədikləri vaxtda zəng edirəm, əhvallarını soruşuram, maraqlanıram. Amma kifayət qədər məşhur, geniş tamaşaçı kütləsi qazanmış, fəxri adlar almış tələbələrim var. Təvazökarlıqdan uzaq da olsa, deyəcəm. Nə qədər tələbəm varsa, hamısı ilə üzbəüz gəlməyə hazıram. Alnım onların yanında açıqdır. Biri də deyə bilməz ki, “Azad müəllimin mənə qarşı hansısa səhvi olub, pis rəftarı olub”. Mən tələbələrimi görəndə yolumu dəyişmirəm.
— Azad müəllim, bütün teatr adamlarına ünvanlayıram bu sualı. Niyə dramaturgiya müasir ədəbiyyatda problemə çevrilib? Niyə bu janra müraciət etmirlər?
— Çünki dramaturgiya çox çətin janrdır. Müasir dramaturqlarımızın əsərlərinin də hamısı bütün dramaturji qanunlara cavab vermir. Elə əsərlər var ki, çox güclüdür, elələri də var ki, çox zəifdir. Yalançı bəhanələr gətirməyə nə var ki? “Filan səbəbə görə pyes yazmıram” deyirlər. Amma bunlar müsbət nəticəyə gətirməyəcək. Mən inanıram ki, yeni dramaturqlar yetişəcək. Su gələn arxa bir də gələr. Müəyyən zaman hamı qaçdı şeirə, romana. Yavaş-yavaş dramaturgiyaya qayıdış da baş verir. Bir neçə il əvvəl Mədəniyyət İdarəsi dram müsabiqəsi keçirdi. Münsif heyətində mən də iştirak edirdim. 15-20 pyes seçildi və almanax şəklində çap olundu. Bir neçə teatrda da səhnələşdirildi. Görünür ki, bu sahədə müəyyən addımlar atılmalıdır. Məsələn, Mədəniyyət Nazirliyi gənc dramaturqlar festivalı keçirməlidir, o pyeslər teatrlara təklif olunmalıdır.
— Teatrlar deyir ki, bizə Elçindən, Əli Əmirlidən başqa heç kəsi gətirməyin.
— O, şayiədir, yalandır. Ola bilər ki, teatr direktorları arasında elələri var ki, fikirləşirlər, Elçin baş nazirin müavinidir və onun əsərini səhnələşdirməklə divident əldə edə bilərlər. Amma Elçinin buna ehtiyacı yoxdur. Onun kifayət qədər gözəl pyesləri var və bu əsərlər dünya teatrı səhnəsində oynanılıb.
— Məsələn, Akademik teatrda Cəfər Cabbarlının bir əsəri var, Elçinin beş əsəri.
— Bu, Akademik Teatrın daxili məsələsidir. Ola bilər ki, səni nəsə qane etmir. Ümumi problemlər də var. Amma bunların həlli üçün müəyyən yollar axtarılır.
— Valter Benjamin deyirdi ki, “sənət şəxsi təmənnalara qurban veriləndə xalqın mədəniyyəti məhv olar”. Azər Paşa Nemətov sənəti şəxsi münasibətlərə qurban verir. Məsələn, Mehriban Ələkbərzadənin üç tamaşasını şəxsi münasibətlərinə görə repertuardan çıxardı. Bu, “gedənə rəhmət oxutdurmaq” məsələsidir. İsrafil İsrafilovdan gileylənirdik.
— (Ümumi gülüşmə — O. B). Bilirsiz, yeri gəlsə, mən Azər Paşa Nemətovla bu məsələ barədə danışaram. Əgər hər hansı bir problem varsa, həllinə canla-başla kömək edərəm. Biz o qeyrətin sahibi deyilik ki, işdən qaçaq. İnanmıram ki, Azər müəllim bizim teatrın dünya miqyasına çıxmasını istəməsin. Bunu hamıdan çox Azər müəllim istəyir.
— Anar Heybətovun Kefli İsgəndər oynaması ilə çıxmaz dünya miqyasına bu teatr.
— Anar Heybətov Kefli İsgəndəri çox yaxşı oynayıb. Onun ifasını bəyənən çox tamaşaçı var. Bəs buna nə deyirsən?
— Kütlə ayrı, sənət ayrı. Ortada yaş məsələsi var. Kefli İsgəndər 25 yaşlı gənc obrazıdır. Anar Heybətovun 40 yaşı var. Biz kütləyə Pablo Pikassonun “Aviqnon fahişələri”ni göstərsək, buna əxlaqsızlıq kimi baxarlar, amma Pikassonun ən məhşur və güclü əsərlərindən biridir.
— Yaş məsələsi film üçün şərtdir. Teatrda Dədə Qorqud obrazını 25 yaşlı gənc də oynaya bilər. Teatrda bu məsələ elə də mühüm deyil. Sən məsələlərə şəxsi prizmandan yanaşırsan. Cazı sən bəyənməyə bilərsən, amma caz da sənətdir.
— Məsələn, Məsmə Aslanqızının Nargiləsi də həmçinin. “Sən həmişə mənimləsən” (“Boy çiçəyi”) tamaşasında… Ümumiyyətlə, tamaşada Nargiləyə yanlış xarakter verilmişdi. Bu da Azər Paşa Nemətovun quruluş verdiyi tamaşa idi.
— Bilirsən, sən indi mənimlə üz-üzə oturmusan və mənim xətrini çox istədiyim iki tələbəm haqqında danışırsan. Məsməyə də mən dərs demişəm, Anara da mən dərs demişəm. İstəyirsən ki, vaxtında ən yüksək qiymətlər yazdığım tələbələr haqqında mənfi fikirlər söyləyim.
— Yox, onu istəmirəm.
— Təbii ki, mən obyektiv adamam. Mən həm Anar Heybətovu, həm də Məsmə Aslanqızını kifayət qədər güclü aktyor və aktrisa hesab edirəm. Heç kəs deyə bilməz ki, oynadığı bütün rollar güclüdür. Niyə İsgəndəri Anar oynamasın? Niyə Nargiləni Məsmə oynamasın? Məsələ yaşdırsa, gərək Fuad Poladovun Hamlet oynamasına da etiraz edək. Ümumiyyətlə, “Ölülər” əsərinə yanaşma düzgün deyil.
— Bu haqda nə deyə bilərsiz? Sizcə İsgəndər qəhrəman deyil?
— Kim istəyər ki, oğlu, atası, qardaşı İsgəndər kimi olsun? Deyəcəksən ki, mühit İsgəndəri başa düşmürdü. Xaricdə on il təhsil alan İsgəndər mühiti başa düşməli idi, yoxsa mühit İsgəndəri? Mənimçün Kefli İsgəndər qəhrəman deyil. Elə şeylər var ki, onları inqilab kimi qələmə vermək lazım deyil. Azadlıq başqa şeydir, inqilab başqa şey. Cəmiyyətin öz qəbul olunmuş normaları var.
— Azad müəllim, təşəkkür edirəm müsahibə təklifimi qəbul etdiyiniz üçün.
— Mən təşəkkür edirəm. Sənə böyük uğurlar arzulayıram.
— Minnətdaram.
P.S.

Sonda mənə müəllim iradlarını tutur. Bizi çaya qonaq edir. Mehribanlığından, qayğıkeşliyindən geri qalmayıb, yemək də təklif edir. Tanıdığı bütün gənclərin, həm də öz tələbələrinin uğuruna hədsiz sevindiyindən danışır. Bu uğurlara sevindiyindən bəzən kövrəldiyini də deyir.
mənbə :
Sputnik















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti