9 İyun, 2017 10:28 xeber – Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub. “Report”un Şirvan bürosunun məlumatına görə, o arvadı Hüseynova Aynurəni, oğlu, 2-ci sinif şagirdi Hüseynov Hüseyni və 5 yaşlı qızı Hüseynova Mədinəni ailə-münaqişəsi zəminində qətlə yetirib.*** 10:07Mingəçevir. 9 iyun. REPORT.AZ/ Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində baş verib.Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb. Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir. Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.
mənbə :
Report.az
Şərh yaz.