11 İyun, 2017 04:04 xeber – Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 100-dən çox adam itkin düşüb. “Report”un məlumatına görə, bu barədə “Agency France Presse” xəbər verib.Liviya paytaxtının yaxınlığındakı Qarabulli şəhərinin sahil mühafizəsinin rəisi, polkovnik Fəthi Əl-Rayani bildirib ki, qayıqda 8 nəfərin cəsədi tapılıb. Onun sözlərinə görə, azı 100 miqrant itkin düşüb.Agentliyin xəbərinə görə, Liviyanın sahil mühafizəsi xidməti qayığı Qarabulli sahilləri yaxınlığında aşkarlayıb, həlak olanların cəsədləri onun içində imiş.
mənbə :
Report.az
Şərh yaz.