Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Poçt çantasında 15 min rubl, zencirli saat, at belinde qaçırılan qız – MÜHARİBƏ HEKAYƏTİ

Poçt çantasında 15 min rubl, zencirli saat, at belinde qaçırılan qız – MÜHARİBƏ HEKAYƏTİ

09/05/2015

14:32


09.05.2015 / 14:30 xeber –

Bakıdan Varşavaya kimi döyüş yolu keçən Mahmudu niyə zəhərləmək istəyirdilər?

“Xalqlar atası” İ.Stalinin ağır repressiya dövründə – 1938-ci ildə dünyanın “uzaq” kəndlərindən birində – Göyçə mahalının Çəmbərək (sonradan – Krasnoselsk) rayonunun Gölkənd kəndində gənc Mahmudu da axtarıb tapmışdılar. Ancaq bəxti gətirmişdi – onun dalınca NKVD-dən yox, hərbi komissarlıqdan gəlmişdilər.

             

Onu əvvəlcə İrəvana, oradan Kirovakana, sonra da Tbilisidən Biləcəriyə göndərərkən nə Mahmudun özünün, nə də onu göndərənlərin fikrinə belə gəlməzdi ki, sabahın gənc əsgəri üç il sonra başlanacaq müharibədə necə şücaətlər göstərəcək, ağır, həlledici döyüşlərdə SSRİ-nin qələbəsinin təmin edilməsində onun da az-çox rolu olacaq. Təbii ki, bunu əvvəlcədən kimsənin bilməsi mümkün deyildi…

…İlk hərbi xidmət marşrutu Türkmənistanın Mari şəhərindən keçən gənc Mahmud Mahmudovun sonralar Sovet İttifaqı Marşalı K.Voroşilov tərəfindən yenicə yaradılmış 115-ci diviziyada sıravi əsgərlik etmişdi. 1941-ci ilin iyununda, hərbi xidmət müddətinin qurtarmasına cəmi bir ay qalmış Hitler Almaniyasının SSRİ-yə gözlənilməz hücumu günü xidmət etdiyi batalyonla təcili olaraq Smolenskə göndərilən Mahmud ilk dəfə olaraq döyüşlərə orda atıldı. Məhz Moskvaya aparan yolda yerləşən Smolenskdə 1941-ci ilin 10 iyulundan başlayaraq (düşmənin  hücumundan cəmi 18 gün sonra) almanların   sürətli hərbi yürüşünün qarşısı alındı və Hitler ordusu burda güclü müqavimətə rast gələrək, hücumdan müdafiəyə keçmək məcburiyyətində oldu. Baxmayaraq ki, düşmənin canlı qüvvəsi SSRİ-ninkindən iki dəfə, döyüş texnikası isə bir-neçə dəfə çox idi, hitlerçilər “Smolensk qapıları”nda “ilişib” qalmışdı. Əlbəttə, bu, döyüş xəttində canlı müdafiə səddi quran minlərlə sovet döyüşçüsünün qanı bahasına başa gəlirdi.

 

 

Müharibənin başladığı ilk aylarda Sovet ordusunda hərbi texnikanın çatışmadığı heç kəs üçün sirr deyildi. Mahmudgilin də cəmi bir köhnə təlim tankı var idi, onun da dörd tərəfi, keçmiş döyüşçünün dediyinə görə, zirehdən yox, sadəcə bir az qalın olan… fanerdən idi. Gərgin döyüşlərdən birində düşmən tərəfindən vurulan həmin tankın faner “korpusu” göyə sovrularaq yanmışdı. Buna baxmayaraq, batalyonun əsgərləri düşmənin qabağından çəkilmir, ölüm-dirim döyüşünə girərək, mərdliklə vuruşurdular. Hər gün çiyin-çiyinə dayanaraq birgə vuruşduğu döyüş yoldaşlarından bir çoxlarının gözü qarşısında yaralanması, həlak olması onu qəlbən sarsıtsa da, intiqam hissini daha da coşdurur, düşmənə aman verməməyə sövq edirdi. Növbəti döyüşlərdən birində rus dostu Volodya Çurkinlə irəli atılıb, düşmən mövqeyinə güllələr yağdırarkən, birdən onların 5-10 addımlığında mərmi partladı. Belə hallarda həmişə olduğu kimi, onlar özlərini qorumağa çalışaraq, cəld yerə sərildilər. Ancaq irəli cummaq istəyərkən Mahmud birdən ayağında bərk ağrı hiss etdi. Torpağa uzanıqlı vəziyyətdə dönüb geriyə baxanda yaralandığını, qan axdığını gördü. Zirəkliyi, qorxmazlığı ilə yoldaşlarından seçilən Mahmudun qəlpə yarası aldığını görən dostu Volodya tez onu geri sürüyərək, ayağını çəkmədən çıxarıb, “potava” (ağ bambaz dolama) ilə onun ayağının qan axan yarasını bərk-bərk sıxıb bağladı. Bir qədər sonra köməyə yetişən sanitarlar Mahmudu döyüş meydanından çıxarıb, geridəki sanitar hissəsinə çatdırır. Ayağını dağıdaraq, bərbad günə salmış qəlpə yaxşı ki, sümüyü zədələməmişdi. Bununla belə yara çox dərin, ciddi idi və gənc azərbaycanlı döyüşçü cəbhə xəttindən uzaqlaşdırılaraq, göndərildiyi Kislovodsk qospitalında xeyli müddət müalicə almalı olur. Günlər keçdikcə hospitalda “boş-bekar” qalmaqdan təngə gələn Mahmud tam sağalmasa da, döyüş yoldaşlarından ayrı düşmək istəməyərək, öz batalyonuna qayıtmağa can atır. Ancaq həkimlərin qənaətinə görə ona hələ döyüşə girmək olmazdı. Lakin Mahmudun qospitalda qərar tutmadığını görüb, eləcə də arxa cəbhədə işçi qüvvəsinə kəskin ehtiyac olduğunu nəzərə alaraq, onu bir qədər geriyə – Kuybışevə, müharibə ab-havasının duyulduğu Çkalov adına hərbi zavoda göndərirlər. İşçilərin ancaq ciddi yoxlanışdan sonra, həm də xüsusi buraxılış vərəqəsi ilə daxil ola bildikləri həmin zavodda cəbhə üçün mərmi, mina, güllə və s. silah-sursat hazırlanmasında iştirak edən azərbaycanlı döyüşçü iki aydan sonra komandanlığa bir də müraciət edərək, könüllü olaraq yenidən döyüş zonasına göndərilməsini xahiş edir və nəhayət, istəyinə nail olur.

 

 

…1941-ci il oktyabrın 16-da xeyli canlı qüvvə üstünlüyü olan hitlerçilər Leninqrad ətrafında yerləşən Tixvin şəhərinə doğru güclü hücuma keçmişdilər. Sovet qoşunlarının ciddi müqavimətinə, gərgin döyüşlərə baxmayaraq, noyabrın 8-də almanlar Tixvin stansiyasını ələ keçirə bilmişdilər. Bununla da Leninqrad çox ağır təhlükə ilə üzləşmiş, blokada vəziyyəti daha da ağırlaşmışdı, çünki şəhər üçün Ladoqa gölünün sahilinə ərzaq və silah-sursat daşıyan yeganə dəmir yolunun qarşısı kəsilmişdi. Beləliklə Leninqrad ikinci, daha bir  blokada dairəsinə alınmışdı. Odur ki, Sovet döyüşçüləri qarşısında qəti tələb qoyulmuşdu ki, nəyin bahasına olursa-olsun, Tixvin şəhəri və stansiyası çox qısa bir müddətdə faşistlərdən tamamilə azad edilməlidir. Buna görə də Tixvin uğrunda qızğın döyüşlər gedirdi. 30 gün düşmən əlində qalan şəhərin və stansiyanın azad edilməsi uğrunda sentyabr ayından dekabra kimi davam etmiş müdafiə və hücum əməliyyatlarında Sovet ordusunun itkiləri 89 min nəfərdən çox olmuşdu.

Gərgin döyüşlərin getdiyi həmin günlərdə alman faşistləri mövqelərini tədricən itirərək geri çəkilməyə başlasalar da, müqavimət göstərməkdə davam edirdilər. Mahmudgilin Tixvin şəhəri ətrafında döyüşən batalyonu da düşmənə ağır zərbələr endirirdi. Lakin almanların hərbi bazalarından birinin yaxınlığında vuruşan batalyon qəfildən mühasirəyə düşür. Qanlı döyüş, ölüm-dirim mübarizəsi başlayır. Mühasirədən çıxmağa çalışan batalyon 160-a qədər döyüşçüsünü itirir. Düşmən tərəfi də çox itki verir…

Mahmudgil mühasirədən çox çətinliklə, faşistlərin aramsız atəşləri altında, az bir qüvvə ilə yalnız axşama yaxın çıxa bilirlər. Sabahısı gün isə Mahmud almanlardan həlak olmuş döyüş dostlarının qisasını almaq üçün komandiri olan leytenantla birgə xüsusi kəşfiyyat planı quraraq, gecə ikən düşmənin arxasına keçib, 22 faşisti əsir götürərək, öz mövqelərinə gətirib, komandanlığa təhvil verirlər. Bu igidliyə görə onların hər ikisinə təşəkkür edilir və “Qızıl ulduz” ordeninə layiq görülürlər. Bu, Mahmudun döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə aldığı ilk orden idi. 

Tixvin şəhərinin və dəmir yol stansiyasının almanlardan azad edilməsi ilə blokadada olan Leninqrada yüklərin çatdırılma yolu ən azı 6 dəfə qısalmışdı. Bunun nəticəsi olaraq Ladoqa gölünə daha çox ərzaq, silah-sursat və yanacaq daşınmasına imkan yaranmışdı. Bu qələbədə  Mahmudgilin batalyonunun da rolu az deyildi. 

 

 

1943-cü ilin əvvəllərində Mahmudgilin batalyonu olmazın məşəqqətlərlə – 22 gün gecə-gündüz, çox zaman da yarıac-yarıtox yol gedərək, qızğın vuruşmaların  getdiyi Voronejə çatır. Batalyon digər hərbi hissələrlə birgə burda da qanlı döyüşlərə atılır. Sovet ordusunun güclü müqavimətinə rast gələn alman ordusu strateji mövqeləri ələ keçirmək üçün Voronej istiqamətində hərbi texnikasını və canlı qüvvəsini tədricən artırmışdı. Uzun  müddət davam edən vuruşma zamanı hər iki tərəf böyük itkilər verir. Buna baxmayaraq, düşmən geri çəkilmək istəmirdi. Həmin döyüşlərin birində – 1943-cü ilin avqustunda Mahmud yenidən yaralanır. Sağ əlindən dəyən iri kalibrli avtomat gülləsi xeyli qan itirməsinə səbəb olduğundan o, iki aya qədər yüzlərlə yaralı döyüşçünün müalicə olunduğu, vaqonlarda yerləşdirilmiş hospitalda yatmalı olur. Lakin hərbi həkimlərin ciddi səylərinə baxmayaraq, sonda onun sağ əlinin iki barmağını kəsmək lazım gəlir. Bu isə o demək idi ki, Mahmud artıq ön cəbhə üçün yararlı deyildi, o, ancaq arxa cəbhədə çalışaraq, orduya öz köməyini göstərə bilərdi. İlk vaxtlar belə də olur – onu ordu üçün… bostan-tərəvəz məhsulları yığımına cəlb edirlər. Lakin döyüşçü qəlbi özündən neçə-neçə kilometr irəlidə, düşmənlə çarpışan döyüş dostlarının yanında olduğundan qəlbinin dalınca – ön cəbhəyə getməyə çalışır və arxa cəbhədəki komandirləri  “bezdirərək”, yenidən istəyinə nail olur. 

 

Mahmudgilin son günlərdə Petrozavodskun faşistlərdən azad edilməsində iştirak etmiş batalyonunu 1945-ci ilin əvvəllərində ehtiyat qüvvə kimi Polşaya göndərirlər. Ağır döyüşlərdən, hər gün eşitdikləri qulaqbatırıcı top-mərmi atəşlərindən, gördükləri barıt qoxulu tüstü-dumandan sonra Polşanın paytaxtı Varşavada hökm sürən nisbi sakitlik və əhalinin Sovet əsgərlərini təntənə ilə, gül-çiçəklə qarşılaması Mahmudu qələbənin çox da uzaqda olmadığına inandırır, doğma Göyçəni  yenidən görə biləcəyinə ümidini artırır, kənddə qoyub gəldiyi doğmaları, kənd camaatı üçün burnunun ucuna kimi göynətdirirdi.  Axı, artıq 8-ci il idi ki, kənddən, el-obadan ayrı düşmüşdü. Ağır əsgər “rükzakı” ilə, “Kalaşnikov” avtomatı çiynində Varşavanın küçələrindən keçdiyi son 3-4 gün ərzində Mahmud xəyalən daha çox Göyçədə, onun meşəliklərində, başı qarlı dağlarında olur, gədiklərində  dolaşırdı.  

Yalnız Mahmud yox, bütün dünya xalqları, xüsusilə də Hitler Almaniyasının viran qoyduğu Avropa ölkələri II Dünya müharibəsinin başa çatmasını böyük səbirsizliklə   gözləyirdi. Lakin müharibə hələ davam edirdi. Əvvəlki hərbi gücü qalmasa da, düşmən təslim olmaq istəmir, imkan düşdükcə müqavimət göstərməyə çalışırdı.

…Varşavada yerli əhali Sovet əsgərlərinə çox xoş münasibət göstərir, imkan düşdükcə onlar üçün isti yemək, çay, kofe təklif edirdilər. Hətta ətraf kəndlərdən mal-qoyun gətirərək, əsgərlərə təhvil verirdilər. Polyak qızları və elə əsgərlərin özləri də inəkləri sağıb, çoxdan görmədikləri südü ləzzətlə içirdilər. Yemək üçün mal-qaranın kəsilməsini isə Mahmud öz boynuna götürmüşdü. Onun mal ətindən hazırladığı yeməyi, ciyər kababını isə əsgərlər Mahmuda yüz dəfə “molodes, drujok!” deyə-deyə “gözünə təpirdilər”. Bir dəfə isə yenə belə bir “piknik” zamanı Mahmudun bir müddət idi ki şübhələnərək göz qoyduğu bir polyakın tez-tez cibindən zəncirli saat çıxarıb, yenidən geri qoyması nəzərindən yayınmamışdı. Mahmud ona yaxınlaşıb, hirslə üstünə qışqıraraq, cibindən zəncirli saatı çıxarıb baxanda qaçmağa cəhd göstərən həmin  casusu elə polyakların gözü önündəcə bir anda güllədən keçirmişdi. Sən demə, o, həmin saatla faşist komandanlığına sovet ordusu hissələrinin Varşavadakı dislokasiyası, yerdəyişməsi haqqında gizli məlumat verirmiş.

Həmin əhvalatdan, polyak casusundan söz düşəndə keçmiş döyüşçü sanki hələ də soyumayan intiqam hissi ilə deyir: “Öldürdüm kopayoğlunu, hələ canını da aldım!” 

 

 

Mahmudun yüz kilometrlərlə uzanan ağır, məşəqqətli cəbhə yolları sonralar onu yeni yaradılmış 69-cu dəniz-piyada diviziyasının tərkibində Belorusiyaya, Rusiyanın şimalına – Petrozavodska, Latviyaya, hətta Karpatı dağlarına kimi aparıb çıxarmışdı. Çox da cüssəli olmayan, lakin çevikliyi, zirəkliyi və qoçaqlığı ilə döyüş dostlarının və komandirlərinin rəğbətini qazanmış Mahmud xidmət etdiyi batalyonda bu keyfiyyətləri ilə həqiqətən çoxlarından seçilirdi. Çox zaman hətta bəzi kəşfiyyat və hücum əməliyyatlarında onun rolu diqqətdən yayınmırdı. Həm də təkcə öz komandanlığının  yox, hətta düşmənin də…

1945-ci il mayln 5-də – Karpatı dağlarının yaşıllığa büründüyü bir gündə Mahmudgilin batalyonu Krakov yaxınlıqdakı meşədə gizlənərək, müqavimət göstərməyə çalışan faşist dəstələri ilə son döyüşünü keçirirdi. Özünə arxayın olaraq, azərbaycanlı dəliqanlılığı ilə irəli cumaraq, hitlerçilərə güllə yağdıran Mahmud birdən hündür ağaclardan birində oturan düşmən snayperinin atəşə hazırlaşdığını görüb, yanındakı əsgər yoldaşını güllədən qorumaq üçün itələyib yerə yıxsa da, sol qolunu snayperin hədəfindən qaçırmağa imkan tapmadı. Əlindəki AKM avtomatını saxlamağa da taqəti qalmadı. Güllə biləyini deşib keçmiş, qan fışqıran əli bilək hissədən sallanıb qalmışdı. Mahmudun ağır yaralandığını görən iki rus əsgər yoldaşı onu tez döyüş yerindən çıxararaq, “zemlyankaya” aparmış, orada ilk tibbi yardım göstərildikdən sonra hərbi furqonda Krakov şəhərindəki qospitala çatdırmışdılar. Qoldan asılı vəziyyətdə qalmış əlin bitişdirilməsinin, bərpasının mümkün olmadığını görən həkimlər onun qolunu biləkdən kəsməli olmuşdular. Kəskin ağrı və çox qan itirməsi üzündən iki gün özündə olmayan Mahmud Krakov hospitalında 12 gün ilkin müalicə aldıqdan sonra həkim və tibb bacılarının daimi nəzarəti altında qatarla Soçi hospitalına göndərilir. Qanının bərpası və qolunun tez sağalması üçün ona təsirli iynələr vurulur, qan artımına səbəb olan kalorili yeməklər verirdilər. 

 

 

Gözlənilən Qələbə günü – 9 may bütün SSRİ-nin hər bir şəhərində, hər bir qəsəbə və kəndində böyük sevinclə, ümumxalq bayramı kimi şadyanalıqla qarşılanmışdı. Ancaq illərlə arzusunda olduğu həmin gün Mahmud hospitalda yatırdı. Davanın qurtarmasına cəmi 4 gün qalmış bir əlini itirməsinə, kəskin ağrılarına baxmayaraq, o da müharibənin qurtarmasına sevinir, göz yaşlarını saxlaya bilmirdi.  Şübhə etmirdi ki, gec də olsa, sağalıb doğma el-obasına – Göyçəyə qayıdacaq. Ancaq günlər ötsə də, nədənsə biləyinin kəsilmiş yeri bitişmir, dəri ilə örtülmürdü. Müalicə olunduğu Soçi hospitalı Qara dənizin lap yaxınlığında yerləşdiyindən bir gün – iyunun əvvəllərində tibb bacılarından icazə alaraq, qolu sarıqlı vəziyyətdə dənizin sahilinə gedir.  Dənizin təmiz havasından uda-uda xəyallara dalır və birdən ağlına gəlir ki, bəlkə yaralı biləyini dəniz suyu ilə yusun, ola bilsin ki, xeyri olar. Elə də edir. Bu proseduru iki gün davam etdirdikdən sonra həkim onun yarasına baxanda təəccübünü gizlədə bilmir: “nə yaxşı, deyəsən axı dəri bərpa olunur…”. Mahmud məsələni açıb ona danışır. İşi belə görən həkim bunu tibb bacısının nəzarəti ilə etməyi tapşırır. Və o gündən tibb bacısı Marina onu Qara dəniz sahilinə çıxararaq, yarasının dəniz suyu ilə yuyulub-bağlanmasına kömək edirdi. 

 

 

…Mahmud doğma kəndi Gölkəndə Qələbədən 7 ay sonra -1945-ci il dekabrın 2-də, tam sağaldıqdan sonra qayıdır. Onun yolunu gözləməkdən yorulmuş doğmaları müharibədə göstərdiyi igidliklərə görə layiq görüldüyü orden-medallarla qayıdan Mahmudu böyük sevinclə, əsl qəhrəman kimi qarşılayılar. Sinəsini bəzəyən 1-ci dərəcəli “Vətən müharibəsi”, “Qızıl ulduz” ordenləri, “Almaniya üzərində qələbəyə görə”, “İgidliyə görə”, “Döyüş xidmətlərinə görə”, “Sovet Zapolyaryasının müdafiəsinə görə” və s. medallar onun bir azərbaycanlı kimi alman faşizmi üzərində qələbədə xidmətlərinin heç də az olmadığını təsdiq edirdi (sonralar o, digər medallarla da – yubiley medalları, o cümlədən “Belorusiyanın alman faşizmindən azad edilməsinin 65 illiyi” medalı ilə də təltif edilmişdi). 

Mahmud bir müddət kolxozun müxtəlif işlərində çalışaraq, o çətin 40-cı illərdə ailəsinin dolanışığına kömək edir. Və günlərin bir günündə kəndin gözəl qızlarından birini, özündən 12 yaş kiçik olan, çoxdan idi ki, “gözaltı” etdiyi Güllünü qəfildən əsgərlik şinelinə büküb, at belinə qaldıraraq, “qaçırdıb” evə gətirir. Və onunla uzun, xoşbəxt bir ömür sürür. Bu ilin sonunda 100 yaşını qeyd edəcək Mahmud kişi öz ömür-gün yoldaşı ilə 11 övlad böyüdərək, yalnız igid əsgər yox, həm də “Qəhrəman ata” olduğunu sübut edir. “Qəhrəman ana” olan Güllü xala ilə hər zaman “can” deyib, ”can” eşidən Mahmud kişi artıq 25-dən artıq nəvənin və daha sayını unutduğu nəticələrin də babasıdır.   

 

Mahmud kişi adi həyatda da həmişə mərdliyi, düzgünlüyü, prinsipiallığı ilə seçilib. İçkiyə, siqaretə isə nifrət edən veteran bir dəfə qonşu kənddən olan bir erməninin hiyləsinə uyaraq, yol verdiyi səhvi heç bu gün də – 60 ildən sonra da özünə bağışlaya bilmir.

1200 adamın yaşadığı, 400  təsərrüfatı, 1000 başdan artıq mal-qarası, 16 min qoyunu olan, sonralar briqadir, zootexnik işlədiyi kolxozda vaxtilə – 1956-cı ildə poçtalyon kimi çalışarkən qonşu kənddən olan tanış erməni onu araq içməyə dəvət edir. Erməni işi elə qurur ki, ikisi birlikdə bir şüşə arağı yeməksiz-filansız içiblər. Xəlvəti olaraq onun stəkanına nə tökürsə, Mahmud kişi düz üç sutka özündə olmur. Lakin bununla belə həmin müddətdə xəstəxanaya aparılıb, orda yatsa da, içində kənd camaatının maaş və pensiyasının – 15 min rublun olduğu poçt çantasını balıncının altında saxlayaraq, onun oğurlanmasına, itməsinə yol vermir. Elə o vaxtdan da bir daha arağa meyl salmır.

 

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles