İmislide piyada yuk masinindan tokulen cugundurun altinda qalib

[r32]

13 İyun, 2017  23:11 xeber – İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verir.“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında İmişli şəhərində Şəkər zavodunun yaxınlığında qeydə alınıb.Rayonun Məzrəli kənd sakini, 22 yaşlı Vasif İxtiyar oğlu Əmrahov piyada gedərkən avtomobil yoluna çıxıb. Bu zaman çuğundurla dolu “Kamaz” markalı yük maşını piyadanı vurmamaq üçün yolunu anidən dəyişib. Nəticədə maşın yol kənarına aşıb və çuğundurlar piyadanın üzərinə tökülməklə ona xəsarət yetirib. Xəsarət alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir