2017-06-16T09:05 xeber – İŞİD terror qruplaşmasının başçıları Suriyanın Raqqa və İraqın Mosul şəhərindən Suriyanın Əl Mayədin şəhərinə qaçıblar. APA-nın verdiyi xəbərə görə, Deyr əz-Zor əyalətinin Əl Mayədin şəhəri Fərat çayı sahilində, İraqla sərhəddə yerləşir.
Qeyd edək ki, Mosulun azad olunması əməliyyatı 2016 ildən davam edir. Şəhərin şərq hissəsi artıq terrorçulardan tam təmizlənib.
İŞİD-in qeyri rəsmi paytaxtı elan edilən Raqqa 2013-cü ildən terrorçuların nəzarətindədir.
mənbə :
Sputnik
Şərh yaz.