Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Heyder Əliyevin yubileyi Naxçıvanda qeyd edildi – Şekil

Heyder Əliyevin yubileyi Naxçıvanda qeyd edildi – Şekil

10/05/2015

18:08


xeber –

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Naxçıvan şəhərində qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri abidə önünə tər güllər düzüblər.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bütün həyatını doğma Azərbaycana və xalqına həsr edən Ulu Öndər bənzərsiz və müqayisə olunmaz şəxsiyyət idi. “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım – varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”,- deyən dahi liderimiz həyatını Azərbaycan naminə mübarizəyə həsr edərək xalqımızın tarixində və taleyində silinməz izlər qoyub.

Ümummilli Liderimizin fəaliyyətinin hər anı xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmətdən ibarətdir. Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1970-1982-ci illərdəki təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin qorunması və möhkəmlənməsi naminə göstərilən siyasi iradə Ulu Öndərin adı ilə bağlıdır. 1969-cu ildə dahi rəhbər Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsi Azərbaycanda kompleks inkişafa təkan verdi. Əgər 1969-cu ilədək Azərbaycan ittifaq dövlətləri arasında inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, 1970-1980-ci illərdə Ulu Öndərin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoyub, aqrar sənaye kompleksinin sürətlə inkişaf etdiyi respublikaya çevrilib.

Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycanda güclü iqtisadi potensial yaratmaqla ölkəmizin gələcək müstəqilliyinin əsasını müəyyənləşdirib. Bu dövrdə başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının əsas hərəkətverici qüvvəsi olub. Bu mənada Ümummilli Liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır.

Bu inkişaf və tərəqqi salnaməsinin yazıldığı illər ötən əsrin 90-cı illərinin əvvəllərində öz yerini dağıdıcılıq, təsərrüfatsızlıq dövrünə buraxdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxardı, Ermənistan ölkəmizə qarşı əsassız torpaq iddialarına başladı. Belə bir şəraitdə Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı tarixi zərurətə çevrildi. Ölkənin vətəndaş qarşıdurması, iqtisadiyyatın isə iflic vəziyyətində olduğu vaxtda bütün məsuliyyəti çiyinlərinə götürən, öz missiyasını xalqa və dövlətə xidmətə həsr edən Ümummilli Liderimizin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.

Xalqının əsl lideri kimi Vətəninə tarixi nailiyyətlər qazandıran, adını Vətən tarixinin şərəf salnaməsinə çevirən ulu öndər Heydər Əliyev 1993-cü ildən sonra Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi. Bu dövrdə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüşün əsası qoyuldu, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanıldı. Bu illərdə Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, xarici ticarət əlaqələrinin genişləndirilməsi Ümummilli Liderin xidmətlərinin nəticəsidir.

Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən Ulu Öndər deyirdi ki, “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.

Xalqımız bütün varlığı ilə inanır ki, bu gün ölkədə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Bütün bunlar Ulu Öndərimiz tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin, daxili və xarici siyasi xəttin təntənəsinin daha bir göstəricisidir.

Ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da inkişafın yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitlik yaranıb, iqtisadiyyat dinamik inkişaf edib və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb, dahi şəxsiyyətin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”, – arzusu reallığa çevrilibdir.

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi rəhbərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bəhrələnəcəkdir.

Hər bir dövlətin inkişafı, uğurları siyasi lider amili ilə sıx bağlı olur. Heydər Əliyev – Azərbaycan, Azərbaycan – Heydər Əliyev anlayışı əbədi olaraq ölkəmizin inkişaf strategiyası kimi səslənəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov Heydər Əliyev Muzeyinə gələrək Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Bildirilib ki, muzey Ulu Öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Burada nümayiş etdirilən eksponatlar Ulu Öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən dəyərli mənbələrdir. Hazırda muzeyin fondunda 4552 eksponat vardır. Burada zəngin fonda malik kitabxana da fəaliyyət göstərir. Muzeyin ekspozisiyasını internet üzərindən izləmək mümkündür.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov tədbir iştirakçıları ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

Həmin gün Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Ümummilli Liderin anadan olmasının 92-ci ildönümü münasibətilə konsert proqramı təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov konsert proqramına baxıblar.

Azərbaycan Respublikasının Xalq Artisti Rza Xudiyev şair Elxan Məmmədovun “O – Heydər Əliyevdir” poemasından parçaları bədii qiraət edib.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada orkestrləri, muğam üçlüyü maraqlı konsert proqramı təqdim edib, Ulu Öndərə, Azərbaycana həsr olunmuş mahnılar ifa olunub.

Sonda ümummilli lider Heydər Əliyevin öz səsi ilə hər bir azərbaycanlı üçün vətənpərvərlik şüarına çevrilmiş “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirləri səsləndirilib.

Konsertdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov səhnə arxasına keçərək ifaçılarla görüşüb.

Ali Məclisin Sədri uğurlu çıxışlarına görə ifaçıları və musiqi kollektivlərini təbrik edərək deyib: Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən bu möhtəşəm konsert proqramı, uğurlu ifalar ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətinə olan ehtiramın daha bir ifadəsidir. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı mövcud vəziyyət davam etsəydi, sabitlik olmasaydı mədəniyyətimiz də inkişaf etməz, incəsənət xadimləri öz istedadlarını nümayiş etdirə bilməzdilər. O siyasi liderlər böyük şəxsiyyətdir ki, özündən sonra da onun yolu və əməlləri xalqına, dövlətinə xeyir gətirir. Ümummilli Liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dahi şəxsiyyətin yolunu uğurla davam etdirir, ölkəmizdə bütün sahələrə, o cümlədən mədəniyyətin inkişafına qayğı göstərilir.

İfaçılar yaradılan şəraitə görə minnətdarlıq edib, muxtar respublika mədəniyyətinin inkişafına bundan sonra da öz töhfələrini verəcəklərini bildiriblər.

Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbirlər keçirilib, dahi şəxsiyyətin adını daşıyan mədəniyyət və istirahət parklarında konsertlər və xalq gəzintiləri təşkil olunub.








Mənbə : Anspress.com




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles