xeber –
Bu gün Heydər Əliyevin ad günüdür. Daha doğrusu ad gülü. Ona görə gülü ki, bu gün bütün Azərbaycan onun ruhunu böyük bir gül bağçasına çevrilməklə qeyd elədi. Dünyanın müxtəlif ölkələrindən gətirilən güllər Heydər Əliyevin xatirərsini beynəlmiləlləşdirdi, hamınınkılaşdırdı.
Heydər Əliyev təkcə Azərbaycana məxsus deyildi. O, Sovet İttifaqının da başında və boynunda idi. KQB-nin 9-cu idarəsinin rəis müavini Titkov etiraf edir ki, Qorbaçov onu sevmirdi. Ona görə ki, o Heydər Əliyevdən miqyasca dəfələrlə kiçik idi.
“Əgər Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində bütün fəaliyyətinə nəzər salsaq, görərik ki, onun fəaliyyəti Qarbaçovun fəaliyyətindən daha geniş əhatəlidir. Heydər Əliyev böyük bir respublikaya rəhbərlik edirdi. Qarbaçov isə Stavropol əyalətinin rəhbəri olub. Heydər Əliyev politbüronun üzvlüyünə, nazirlər şurasının birinci katibliyi vəzifəsinə gəldiyi zaman onun həmin dövrə qədər fəaliyyət dairəsi Qarbaçovun fəaliyyət dairəsindən böyük idi. Qarbaçov o zaman Mərkəzi Komitənin Kənd Təsərrüfatı məsələləri üzrə katibliyinə təyin olunmuşdu. Qarbaçovun iştirak etdiyi daha genişmiqyaslı forumlar keçirildikdə isə, Qarbaçovdan sonra hansısa məsələ ilə əlaqədar Heydər Əliyev çıxış edirdi. Mixayıl Sergeyeviç hiss edirdi ki, özünün müəyyən məsələlər barədə məlumatı daha azdır”, – deyə Mixail Titkov qeyd edib.
Amma Heydər Əliyev daha çox bizim idi. Azərbaycanın. Azərbaycanlıların. O, Azərbaycan dövlətinin caynaqlarda getməsi, xalqımızın pərən-pərən düşməsi, onun-bunun qarşısında nökərçilik etməsi tək pis bir gələcəyin qarşısını aldı və ömrünü bizə bağışladı. Bir yana baxanda hamımız onun bağışladığı ömrü yaşayırıq. Onun bütün xidmətlərindən danışmayacam, ona görə ki, bu xidmətləri hər birimiz bu gün öz həyatımızda yaşayır, hiss edirik. Bu gün yalnız bir faktdan danışmaq istəyirəm.
70 illiyini qeyd etdiyimiz Qələbə gününün bayram mahiyyətini Azərbaycana o, qaytardı. 1994-cü il iyun ayının 28-də Heydər Əliyev 9 Mayın yenidən bayram kimi qeyd edilməsi barədə sərəncam verdi və 1992-ci ildə, lazımsız bir əşya tək arxivə atılmış, 9 Mayı yenidən öz ənənəvi təntənəsinə dəbdəbəsinə qaytardı.
Ümumiyyətlə, 9 Mayın başı çox bəlalar çəkib. Düzdü dava qurtarandan sonra bir nömrəli bayram idi. Amma müharibə dramının baş qəhrəmanı İosif Stalin görəndə ki, başqa qəhrəmanlar da var və müharibə veteranlarının, sərkərdələrin, generalların, marşalların da nüfuzu artır, 9 May özü isə müharibə qəhrəmanlarının faktiki olaraq bütün ölkə boyu birlik və görüş yerinə çevrilir, 1947-ci il, dekabrın 23-də bu tarixi – 9 mayı iş günü elan etdi və bununla da onun bayramlığına son qoydu.
Çünki, Stalin müharibə qəhrəmanlarından qorxurdu. Onun marşall Jukovu, əfsanəvi dava qəhrəmanını əvvəlcə Moldovaya, Sibirə, Sverdloska, Odessaya, adicə bandit qovğalarına göndərməsi əslində onu aşağılamaq cəhdi idi.
Əsgərlər Jukovu Allah kimi sevirdilər. Sözün əsl mənasında onun üçün ölürdülər, onun uğrunda ölürdülər. Stalin isə sadəcə qorxurdu. O, veteranların hərbi xidmət üçün aldığı muavinəti də ləğv etdi. Stalin bilirdi ki, Berlinə qədər gedib çıxmış hərbçilər Avropanı görüb və yaxşı başa düşürlər ki, həyat bu deyil, Sovet həyatı deyil, ona görə də onları sıxışdırmağa başladı. Hətta özünün xidmətlərinin az olmadığı Qələbə tarixinin tarixiliyini arxa plana atdı.
Özü də veteranlar o zaman indi kimi, yaşlı, əldən-dildən düşmüş qocalar deyildilər, cavan, enerjili vaxtları idi. Və Stalin onların hər birində təhlükə görməkdə müəyyən mənada haqlı idi. Buna görə də həbs düşərgələri hərbçi məhbuslarla, keçmiş döyüşçülərlə dolu idi.
Qələbə Gününün bayram məzmununu Sovet vətəndaşına Leonid İliç Brejnev qaytardı.1965-ci ildə Qələbənin 20 illiyi münasibətilə. Məhz bundan sonra 9 May yenidən iş günü sayılmamağa başladı.
Bütün bunları Azərbaycanın təcrübəsində biz bir daha 1992-ci ildə gördük. 300 mindən artıq azərbaycanlımızın həlak olduğu müharibənin 9 May nöqtəsindən sonra hər şeyin kiçik hərflə başlanması o insanların ruhuna hörmətsizlik idi. Axı onlar doğrudan da öz vətənləri üçün vuruşub həlak olmuşdular. Qolunu, qıçını, gözünü o vətən üçün qoymuş insanların əlindən qəhrəmanlıqlarını necə alıb zibilliyə atmaq olardı.
Heydər Əliyev məzmunca Qalib birisi olduğundan Qələbənin də dəyərini bilirdi və ona görə də məğlubların əlindən qələbəni aldı və öz yerinə asdı.
Mənbə : Anspress.com
Şərh yaz.