Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
26/06/2017

'Sebnem' Qizlar İslam Kollecinden – REPORTAJ

'Şəbnəm' Qızlar İslam Kollecindən - REPORTAJ


26 İyun, 2017  15:06 xeber – İnsanların hansı yolu tutmasında onların tərbiyə aldığı ailə, cəmiyyət, mühit böyük rol oynayır. Bu baxımdan qaranlıqdan işığa doğru yürümək, bu yolda kimlərəsə yardımçı olmaq Allah qarşısında ən vacib əməllərdəndir. Məhz “Şəbnəm” Qızlar İslam Kolleci də insanları Allahın doğru buyurduğu yollara yönləndirən bir funksiya daşıyır. Bu ilin mart ayına kimi “Şəbnəm” Qızlar Mədrəsəsi kimi fəlaiyyət göstərən məktəb Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə kollec statusu alaraq fəaliyyət imkanlarını daha da genişləndirdi. Ümumiyyətlə, dini məktəb anlayışı cəmiyyətdə heç vaxt birmənalı qarşılanmayıb. Amma Azərbaycan klassiklərinin əksəriyyətinin ilk təhsillərini mədrəsələrdə aldıqları faktdır. Beləliklə, “Report”un əməkdaşları Bakıda fəaliyyət göstərən “Şəbnəm” Qızlar İslam Kollecində olub, dini təhsil ocağının fəaliyyəti ilə yaxından maraqlanıb.

Xüsusi mühafizə olunan məktəb… Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı məktəblə tanışlığımızda köməkliyini əsirgəmədi. Məktəbin yerləşdiyi Səbail rayonu Badamdar qəsəbəsinə yollandıq və iri tut ağacları ilə əhatə olunmuş çöl darvazasından içəri daxil olduq. Burada əks cinsin nümayəndəsinə yalnız məktəbin bayır hissəsindəki mühafizə köşkündə rast gəlmək mümkündür. Əsas bağçaya daxil olanda insan buranın özünəməxsus ab-havası ilə qarşı-qarşıya qalır. Ətri ətrafı bürüyən iydə ağacının yanından keçib qızılgüllərlə bəzənmiş həyətə daxil oluruq. İnsanın gördüyü gözəlliyin onun xarakterinə birbaşa təsir etdiyi danılmaz faktdır. Məktəbin həyətində ətraf mühitin səs-küyündən, toz-torpağından kənar gözəl, hüzurlu bir məkan yaradılıb. Qapıda bizi məktəbin gülərüz müdiri Gülnarə Haşımova qarşılayır. Məktəbin müasir tələblərə cavab verən beşmərtəbəli binası var. Binanın foyesində Azərbaycan bayrağı və onun qarşısında Prezident İlham Əliyevin məktəbə hədiyyə etdiyi “Quran” kitabı qoyulub. Foyenin tavanı çiçəklərlə bəzədilib. Divarlar da özünəməxsus şəkildə, ən əsası da əl əməyinin məhsulları ilə gözəlləşdirilib. Bir tərəfdə isə müxtəlif səpkili kitabların yer aldığı rəflər sıralanıb.QMİ sədrinin müavini Qəmər Cavadlıdan məktəbin fəaliyyəti haqqında aldığımız qısa məlumatdan aydın olur ki, “Şəbnəm” Qızlar İslam Kolleci Azərbaycanda qızlara ayrıca dini təhsil verən yeganə təhsil müəssisəsidir. Bu təhsil ocağı 2005-ci ildən fəaliyyət göstərir. Kollecin özəlliklərindən biri də burada görmə qabiliyyəti zəif olan qızlara təhsil verilməsidir. Qəmər xanımın sözlərinə görə, bura kollec statusunun verilməsi nəticəsində məktəbin fəaliyyət dairəsi də genişlənib, bir sıra problemlərin həllinə çözüm olub. Buna görə də dövlətimizə minnətdarıq. 
Məktəbə qəbul prosesi mürəkkəb deyil Kollecin müdiri Gülnarə Haşımova bildirdi ki, orta məktəbin 9-cu sinfini bitirib şahadətnamə alan və 11-ci sinfi bitirib attestat alan hər bir məzun məktəbə gəlib təhsil ala bilər. Qəbul məktəbin özündə təşkil edilən imtahan vasitəsilə həyata keçirilir.Burada gənc qızlara “Qurani-Kərim”, ərəb dili dərsləri, Azərbaycan dili, tarix, coğrafiya fənləri tədris olunur. İslam dininin əsasları, əqidə, hədis, təfsir kimi dərslər keçirilir. Tələbələr sadəcə bilik almaqla kifayətlənmir, onlara həm də evdarlıq öyrədilir, müxtəlif əl işləri bacarığı aşılanır. Hətta məktəbin sertifikatlı kompüter kursları da var və kursu bitirib sertifikat alan qızlar bu sahədə iş tapmaq imkanına da sahib olurlar. Geniş, işıqlı bir otaqda isə müasir tipli tikiş maşınları qoyulub, burada qızlar tikiş tikməyi öyrənirlər. Muncuqlardan müxtəlif əşyalar hazırlamaq, toxuculuq, yemək, şirniyyat bişirmək kimi bacarıq tələb edən fəaliyyətlər də öyrədilir. Məktəbin müxtəlif mərtəbələrini gəzdikcə qızların əl işlərinin nümunələri ilə qarşılaşırıq. Hər halda evdə oturub heç bir işlə məşğul olmayan gənclərlə müqayisədə burada təhsil alanların heç bir ödəniş ödəmədən müxtəlif bacarıqlara yiyələnməsini müqayisə edirəm. Gələcəkdə heç bir yerdə fəaliyyət göstərməsə belə, burada yetişən qızlar bir azərbaycanlı xanım üçün vacib olan bütün keyfiyyət və bacarıqlara yiyələnə bilirlər. Yəni “Şəbnəm”i bitirən tələbələrin həm kompüter və tikiş kursu, həm də kollec diplomları olur. Müəllimlərin sözlərinə görə, məktəb öz məzunlarını üç ailədə təmsil olunacaq xanım, ailənin dayağı kimi yönləndirməyə çalışır. Bunlardan biri onların doğulduğu ailə, daha sonra özünün qurduğu ailə və nəhayət, üçüncüsü, həyat yoldaşının ailəsidir.
Bütün rəsmi günlər və bayramlar qeyd olunurGülnarə xanım məktəbin keçirdiyi tədbirlərin fotolarının yer aldığı rəsmlərə baxa-baxa məlumat verir: “Məktəbimizdə bütün rəsmi tədbirlər, bayramlar çox gözəl şəkildə qeyd olunur. 20 Yanvar, Xocalı faciəsi, Novruz bayramı və digər günləri qeyd edirik. Məqsədimiz gənc qızlarımızı milli-mənəvi dəyərlərə sadiq, müəyyən bacarıqlara sahib şəkildə yetişdirməkdir. İstəyirik ki, Azərbaycan xanımları həm dini yöndə ən gözəl şəkildə maariflənsin, digər elm sahələrində biliklərə yiyələnsin, həm də bir xanım üçün vacib olan bacarıq və keyfiyyətlərə sahib olsunlar. Məktəbdə təhsil müddəti iki ildir. Amma hafizlik təhsili alan qızlar üç il də qala bilərlər. Hazırda məktəbdə 210 tələbə təhsil alır. Bu il 73 nəfər məzun oldu. Bunlardan bir sinfi hafizlər, digər ikisi isə ümumi dərslər üzrə bitirənlər olub”.Hafizlik diplomunun verilməsi üçün “Qurani-Kərimi” əzbər bilinməsi şərtdir. Üçillik müddət ərzində kursu keçə bilməyənlərə hafizlik deyil, adi diplom verilir.
Kollec statusu məktəbə yeni imkanlar açıbMəktəbə kollec statusunun verilməsi müəssisəsinin imkanlarını genişləndirib. Bunlardan ən sevindiricisi isə bu zamana qədər tanınmayan tədris müəssissəsinin diplomlarının kollec statusu aldıqdan sonra rəsmən tanınmasına başlanmasıdır. Məktəb dövlət tədris müəssisəsi səviyyəsinə yüksəlib. Bu amil məzunların işlə təmin olunması imkanlarını da genişləndirəcək. Məktəbə tələbələr Azərbaycanın bütün rayonlarından, eləcə də Bakıdan gəlirlər. Məzunların bir qismi məktəbi bitirib ailə qurur, gözəl ailə sahibi olurlar. Müəllim kimi Quran kurslarında işə düzəlib çalışanlar, Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirənlər də olub. Təkcə dini deyil, başqa sahələr üzrə təhsil alanlar da az deyil.
Ödənişsiz təhsil, bütün şəraitlə təmin olunmuş yataqxana Kollecdə təhsil ödənişsizdir. Bura Qafqaz Müsəlmanları İdarəsinin, bir qisim xeyriyyəçi insanların maliyyə yardımı ilə fəaliyyət göstərir. Məktəbdə ondan artıq müəllim fəaliyyət göstərir. Onların işə qəbulu müqavilə əsasında aparılır. Bəzi vaxtlarda yaxşı oxuyan tələbələr sonradan müəllim kimi saxlanılıb. Q.Cavadlı deyir ki, QMİ bütün fəaliyyəti dönəmində dövlətçiliyə xidməti şərəf hesab edib: “Bizim müəssisələrimizdə dövlətçiliyə zidd bir məqamın olması mümkün deyil. Məsələn, məktəbdə məzhəb ixtilafı təbliğatının aparılması qəti qadağandır. Müəssisəyə radikal dini cərəyanların hər hansı təsirinin, qadağan olunmuş ədəbiyyatın daxil olmasının qarşısı diqqətlə alınır. Dərslik kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçən, nəşrinə icazə verilən ədəbiyyatlardan istifadə olunur”. 
Gözlərinin işığını itirən müəllim məktəbdə nur yayır Məktəbin müdiri deyir ki, əvvəllər burada təhsil alan gözdən əlil qızların sayı çox olsa da, son dövrlərdə bir qədər azalıb. QMİ tərəfindən bir neçə dəfə Gözdən Əlillər Cəmiyyətinə müraciət olunub ki, görmə ilə bağlı problemi olan və təhsil almaq istəyən qızlar varsa, məktəbə yönləndirsinlər. Məktəbdə onların qalıb-oxuması üçün hər cür şərait yaradılıb. Burada yaradılan şəraitdən yüksək şəkildə yararlanan və həyatına yeni bir yön verənlərdən biri də 2008-ci ildə təhsil ocağına tələbə kimi gələn, amma hazırda görmə qüsurlu tələbələrə işıq olan Lalə Bəyişovadır: “Tələbə kimi kollecdə üç il təhsil aldım. 2011-ci ildən isə “Şəbnəm” Qızlar İslam Kollecində müəllim kimi fəaliyyət göstərirəm”. Beyləqan rayonundan olan Lalənin əvvəllər gözləri yaxşı görüb. 2000-ci ildə orta məktəbi bitirir: “Məktəbi bitirdikdən sonra gözlərim getdikcə zəiflədi. 2004-cü ildə artıq kitab oxuya bilmirdim. Əvvəllər çox bədii kitablar oxuyurdum. Dini bilgilərim isə az idi. Gözlərim zəiflədikdən sonra kitabları oxuya bilməmək mənə çox pis təsir etdi. Beləcə daha 3-4 il keçti. Namaz qılmaq istəsəm də, öyrənə bilmirdim. Belə bir zamanda “Şəbnəm”i bitirən Aysel müəllim ilə tanış oldum. O mənə dedi ki, təhsil aldığı məktəbdə görmə qabiliyyətini itirənlərə Brayl əlifbası ilə Quran öyrədirlər”.Beləcə Lalə məktəbə gəlir və burada Quran oxumağı öyrənir. Cihaz qriflərini görəndə təəccüblənsə də, bir ayın içində hərfləri öyrənir. Hazırda öz adını bir-iki saniyəyə yazır. Deyir ki, əvvəl səbirsiz idim. Gözləri zəiflədiyi üçün taleyinə üsyan etsə də, məktəbdə verilən dərslər sayəsində düşdüyü vəziyyətin bir imtahan olduğunu qəbul edir və dərslərini yaxşı oxuduğundan  onu müəllim kimi məktəbdə saxlayırlar: “Peyğəmbərin hədisində də var ki, gözü görməyənlərə axirətdə Allah-təala öz camalını göstərəcək. Bunu bilmək mənə yetər”. İndi Lalə müəllimə dünyanı göz ilə görməkdən məhrum olan qızların daxili dünyasına işıq tutur. Onların Quranı öyrənməsinə yardımçı olur. Deyir ki, üç tələbəsi məktəbi bitirib və hazırda təhsilinə davam edənlər də var. Onun arzusu tələbələrinin sayının çox olmasıdır, o, görmə qabiliyyəti zəif olanlara Quranı öyrətməklə savab qazanmaq arzusunu gizlətmədi: “İnsanların bu məktəb haqqında məlumatları yoxdur. Əgər olsa gələrlər. Mənə Aysel müəllim deməsəydi, bilməyəcəkdim. Bu məktəb 2005-ci ildə yaradılıb. Amma mən üç il sonra xəbər tutmuşam”. Onu da qeyd edim ki, Brayl əlifbası olan Quran kitabları Türkiyədən göndərilir və xüsusi olaraq hazırlanır. Lalə müəllimə uğur arzulayıb məktəbin yataqxanası, yeməkxanası, ibadət üçün ayrılmış məkanı, konfrans zalı, kitabxanası, kompüter otağı, tikiş otağı və s. yerləri ilə yaxından tanış oluruq. Burada tələbələr üçün doğrudan da çox gözəl şərait yaradılıb. Beləliklə, gül-çiçəklə bəzədilmiş bağça, idmanla məşğul olmaq üçün məkan, tələbələrin asudə vaxtlarında oturub çay içə biləcəkləri səliqəli otaq və s. Bütün bunlar Azərbaycan gəncləri üçün təmənnasız şəkildə həyata keçirilir. Məktəbin tələbələri yaradılan şəraitdən çox razıdırlar. Könüllərini elmə, Qurana bağladıqları üçün simalarında nur yaranan bu qızların arasında məktəbi bitirib buradan ayrılmaq istəmədiyini deyənlər də var. Burada təhsil almaq, Quran oxumağı öyrənmək üçün məktəbi yenicə bitirmək şərt deyil. Məsələn, Cəmilə adlı tələbə bildirdi ki, bura təhsil almağa gəlməzdən əvvəl on il müəllim işləyib, ali təhsili var. Burada isə Quran oxumağı öyrənir: “İlk növbədə Quranı gözəl öyrənirik. Quranın dini kitab olmaqla yanaşı, başqa dünyəvi fənlərlə, dünyəvi elmlərlə əlaqəsi var. Bu kitabı öyrənmək hər bir müsəlmanın borcudur. Mən bunu dərk etdikdən sonra dini bilikləri dərindən öyrənə biləcəyim bir yer axtarırdım. Belə bir mədrəsənin olduğunu öyrəndim. Bura kortəbii deyil, əhəmiyyətini bilərək gəlmişəm. Bu məktəbdə Allahın rizası var, yaradılan şərait çox gözəldir. Allah buranı təsis edənlərdən, dövlətimizdən razı olsun. Bütün tələbələrə gözəl şərait yaradılır. Gündə üç dəfə çox yüksək səviyyədə yemək verilir. Hər yeməkdə bizə üç çeşiddə yemək təklif olunur. Buranın təmizlikçiləri, yemək bişirənləri də öz işini layiqincə yerinə yetirirlər”. Nəhayət, sağollaşıb ayrılırıq. Hazırda məktəbin girişində “Şəbnəm” qızlar mədrəsəsi yazılmış lövhə götürülüb və “Şəbnəm” Qızlar İslam Kolleci yazılmış yeni lövhənin vurulması işləri aparılır. Ümid və arzu edək ki, dəyişən yalnız status olmayacaq. Bu dəyişim cəmiyyətdə, ailələrdə mənəvi aşınma problemlərinin yaşandığı müasir günümüzdə hava-su qədər vacib olan yaxşı insan yetişdirmək amalını qarşısına məqsəd qoyan məktəbin tələbələrinin sayının artmasına da səbəb olacaq. 

mənbə :
Report.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti