Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Əliyev çevrilişden danışdı – Şekil

Əliyev çevrilişden danışdı – Şekil

12/05/2015

01:00


xeber –

Azərbaycana o vaxt qəsdən heç bir nüfuzu, heç bir siyasi təcrübəsi, heç bir milli ruhu olmayan fərdlər hakimiyyətə gətirildi.

ANS PRESS-in məlumatına görə, bu sözləri mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimində prezident İlham Əliyev çıxışında bildirib.

İlham Əliyev bildirib ki, Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır: “Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Azərbaycan onun rəhbərliyinin hər iki dövründə çox sürətlə inkişaf edib. Birinci dəfə sovet dövründə, 1969-cu ildə rəhbər təyin olunandan sonra Azərbaycanda əsaslı dəyişikliklər baş verdi. O vaxtdan Azərbaycan onun rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə oldu. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü tam təmin edirdi və ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi. Məhz o illərdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının inkişafı sürətlə gedirdi”.

Prezident deyib ki, Azərbaycan sovet məkanında mədəniyyət, incəsənət sahələrində öz sözünü deyirdi və respublikamızın ovaxtkı tarixi çox uğurlu idi: “Məhz ona görə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bir daha Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət etmişdir. Çünki o, 1970-80-ci illərin əvvəllərində öz işləri, xalqa olan bağlılığı və cəsarətli siyasəti ilə xalqın böyük sevgisini, rəğbətini qazanmışdı. Bilirsiniz ki, Ulu Öndərin həyatında bir neçə dövr olmuşdur. Hər dövrün öz böyük mənası var. Hər dövrdə çalışdığı bütün vəzifələrdə o, ləyaqətli siyasi xadim, cəsarətli insan, öz xalqına bağlı olan vətənpərvər kimi hərəkət edirdi. Heydər Əliyevin Azərbaycanda uğurlu fəaliyyəti nəzərə alınaraq 1982-ci ilin sonunda o, Sovet İttifaqının ən ali qurumu olan Siyasi Büroya üzv seçilmiş və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Onun kurasiyasında bir çox sahələr var idi. Bu sahələr çox ciddi diqqət tələb edirdi və o, ona tapşırılan bütün işlərə çox böyük məsuliyyətlə yanaşırdı. Onun gördüyü işlərin çox böyük səmərəsi var idi. Eyni zamanda, Azərbaycana daim diqqət yetirir, öz köməyini göstərməyə çalışırdı ki, burada da işlər yaxşı getsin. Ancaq əfsuslar olsun ki, o, Azərbaycandan gedəndən sonra respublikada vəziyyət tədricən tənəzzülə uğramağa başlamışdır və demək olar ki, Azərbaycanda durğunluq müşahidə olunurdu. Yəni, artıq onun dövründə olan canlanma, fəal iş yox idi.

Onun sonrakı taleyi ilə bağlı kifayət qədər kitablar, məqalələr, elmi əsərlər yazılmışdır. Burada oturanlar əlbəttə ki, o tarixi yaxşı bilirlər, gənc nəsil də bilməlidir, öyrənməlidir. Çünki bu, bizim şanlı tariximizdir və 1987-ci ildə Heydər Əliyev böyük ədalətsizliklə üzləşmişdi. O vaxt sovet dövlətinin başında dayanan insan ona qarşı ədalətsizlik göstərmişdi. Bu ədalətsizliyin də səbəbləri var idi. Ona qarşı paxıllıq, riyakarlıq və digər mənfi hallar Heydər Əliyevin istefasını şərtləndirdi. Bu, Azərbaycan üçün böyük itki idi. Çünki Heydər Əliyev sovet hakimiyyətində təmsil olunurdu. Təsadüfi deyil ki, o, istefaya gedəndən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Əfsuslar oşlun ki, ovaxtkı sovet rəhbərliyi bu məsələ ilə bağlı onlarla həmfikir idi, onların mövqeləri üst-üstə düşürdü. Eyni zamanda, son vaxtlar üzə çıxan faktlar da onun göstərir ki, hətta xarici dövlətlərdən də Sovet İttifaqının rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı müraciətlər göndərilirdi. Bu, ümumiyyətlə, beynəlxalq münasibətlərdə dözülməz bir praktikadır. Ancaq bu, tarixdir, bu, həqiqətdir və ondan sonra Azərbaycanın bütün problemləri başladı”.

İlham Əliyev bildirib ki, Azərbaycana o vaxt qəsdən heç bir nüfuzu, heç bir siyasi təcrübəsi, heç bir milli ruhu olmayan fərdlər hakimiyyətə gətirildi. Onların əsas vəzifəsi Azərbaycan xalqını incitmək, Azərbaycanın xalq təsərrüfatını dağıtmaq və Azərbaycanın inkişafını əngəlləmək idi: “O vaxt sovet dövləti hələ güclü idi və mərkəzləşdirilmiş idarəetmə sistemi var idi. Ona görə, Azərbaycan xalqı öz haqlı etirazını ifadə edə bilmirdi”.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdir: “O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın ovaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon” var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərə ünvanlanır, o vaxt Moskvaya yazılırdı. 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim. Heç vaxt yadımdan çıxmaz ki, o vaxt orada böyük insan kütləsi toplaşmışdı. Azərbaycanın daimi nümayəndəliyinə minlərlə azərbaycanlı öz həmrəyliyini, etirazını, öz hisslərini ifadə etməyə gəlmişdi.

Biz oraya gələndə insanlar Heydər Əliyevi tanımışdılar və dərhal sükut yarandı. İnsanlar sanki canlı dəhliz yaratdılar ki, o, dəhlizlə binanın içərisinə keçsin. Bax, o vaxt Azərbaycan xalqı Heydər Əliyevə bir daha öz hörmət, etimad, inamını göstərmişdi. O, pensiyada idi və ona qarşı mətbuatda, digər vasitələrlə çox çirkin kampaniya aparılırdı, buralarda mitinqlər təşkil olunurdu, insanları məcbur edirdilər ki, onun əleyhinə danışsınlar və digər çirkin tədbirlər görülürdü. Buna baxmayaraq, Azərbaycan xalqı bu faciəvi gündə bir daha onun ətrafında birləşdi və o, yanvarın 21-də məhz orada Sovet İttifaqı Kommunist Partiyasını, sovet dövlətinin rəhbərini ittiham etdi, onu günahlandırdı, bu cinayəti pislədi və öz haqq səsini ucaltdı”.

İlham Əliyev deyib ki, o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kim təsəvvür edə bilməzdi ki, Sovet İttifaqı dağıla bilər: “Yəni, bu addım, bu vətənpərvərlik nümunəsi bir daha göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır və o, nə qədər cəsarətli, ədalətli şəxsiyyətdir. Təbii olaraq, təcrübəli siyasi xadim kimi o, dərk edirdi ki, bundan sonra ona qarşı böyük təzyiqlər başlayacaq, onun həyatına təhlükə ola bilər, belə də oldu. Əgər o, Moskvada bir qədər çox qalsaydı həbs olunacaqdı. O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı ovaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə – Naxçıvana üz tutdu. Naxçıvanda insanlar onu çox böyük coşqu ilə qarşılamışdılar. Elə Bakıda da. Yadımdadır, o vaxt Bakıya gələndən sonra şəhərdə gəzməyə çıxmışdı. Minlərlə insan onun ardınca gedirdi. O, hara gedirdisə onlar da onun ardınca gedirdilər. Hətta ovaxtkı rəhbərlik təşvişə düşmüş və milis göndərmişdi ki, guya siz burada kütləvi aksiya keçirirsiniz. O da demişdi ki, mən heç bir aksiya keçirmirəm. Mən gəzməyə çıxmışam və insanlar mənim ardımca gəlirlər. Yəni, bütün Azərbaycan xalqı Heydər Əliyevi ürəkdən sevirdi və o sevginin əsas səbəbi məhz 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər və xalqımızın faciəvi günlərində haqqın, ədalətin yanında olması idi”.

Azərbaycan Prezidenti xatırladıb ki, Naxçıvanda Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan parlamentinə deputat seçdilər: “Sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçmişdir. O vaxt artıq Azərbaycan rəhbərliyinin rəyi heç bir məna kəsb etmirdi və xalq Naxçıvanda əsl vətənpərvərlik, cəsarət, müdriklik göstərmişdir. Naxçıvan dövrü də çox zəngin olmuşdur. Bu dövr çox ağır və eyni zamanda, çox şərəfli bir dövr idi. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi və Azərbaycan Ali Sovetinə müraciət edildi və vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur. Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd göstərilmişdir. Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən ünsürlər öz layiqli cəzasını aldılar”.

Dövlət başçısı qeyd edib ki, 1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə başlamışdır. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlində dayanan məsələdir: “1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi, müxtəlif dövlət quruluşu yarana bilərdi. Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o, Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi. Ancaq uzun illər Kommunist Partiyasının üzvü olan, Qanlı Yanvar hadisələrindən sonra isə Kommunist Partiyasının sıralarını tərk edən bir insan kimi o, demokratiya, inkişaf, bazar iqtisadiyyatı yolunu seçmişdir. Bu, onun üçün çox ciddi bir seçim idi. Çünki o, tamamilə fərqli bir ictimai-siyasi mühitdə formalaşmışdır. Gənc yaşlarından o dövrün nümayəndəsi kimi Sovet İttifaqına, öz xalqına, Kommunist Partiyasına qulluq edirdi. Ona görə, bu, onun üçün çox ciddi bir seçim idi. Onun müdrikliyi, gələcəyə strateji baxışları o seçimi şərtləndirdi və bu gün Azərbaycan azad, demokratik, hüquqi dövlətdir”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar aparılır, demokratik inkişaf sürətlə gedir: “Azərbaycan bu gün dünya miqyasında demokratiyanın inkişafı baxımından seçilən ölkələrdəndir. Məhz bu strateji seçim 1990-cı illərin ortalarında qəbul edilmişdir və bu gün biz Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq müsbət meyilləri daha da gücləndiririk.

2003-cü ildən sonra isə yeni dövr başlayır. Əslində bu, əvvəlki dövrün məntiqi davamıdır. O vaxt da Azərbaycan xalqı bir daha həlledici məqamda öz müdrik sözünü demişdir. O vaxt xalq Heydər Əliyev siyasətinə, onun davamçılarına səs vermişdir. Çünki istəyirdi ki, bu siyasət davam etsin. İstəmirdi ki, yenə də hərc-mərclik, xaos, anarxiya, özbaşınalıq, mədəniyyətsizlik, talançılıq hökm sürsün. Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq – bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib”.






















Mənbə : Anspress.com




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles