Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Nuriyye Əhmedova: “Ağlamaqdan sesim kişileşib”

Nuriyye Əhmedova: “Ağlamaqdan sesim kişileşib”

12/05/2015

11:12


12.05.2015 / 11:07 xeber –

 

 

Xalq artisti Nuriyyə Əhmədovanın APA-ya müsahibəsi  

 

– Qardaş, salam.

 

– Qardaş deyil, oğlum, Nuriyyədir.

 

– Nuriyyə xanım…

 

– Hamı qarışdırır, bala, səndə günah yoxdur. Ağlamaqdan səsim kişiləşib.

 

– Dünən oğlunuz cavab verdi, dedi, telefonunuz xarab olub, aparır düzəltdirməyə. Ona görə dəyişik saldım. Necəsiniz?

 

– Birtəhər özümə gəlməyə çalışıram. Sağ olsunlar, məni nə qədər istəyən varmış, qoymadılar tək qalım.

 

– Sabah görüşüb söhbət etmək istəyirəm. Sənətdən danışacağıq…

 

– Hə, nolar, lap yaxşı, elə mən də o itkilərdən danışmaq istəmirəm, çətindir. Nahidə Orucovanı tanıyırsan, əməkdar artist, onun evində qalıram, gəl Əhmədliyə, zəng vur, düşüb qarşılayacağam.

 

Və belə bir başlanğıc: bacılarım ağlayır ki, bu yetimin nə vaxt evi olacaq? Oğlum on birinci sinifdə oxuyur, sabah ölsəm, uşaq harada qalacaq? Gələn il 65 yaşım olur, evə görə təqdimat gedib, inşallah, gözləyirəm…

 

* * *

 

– Elə bilmə ki, sənətim mənə bir ev qazandırmayıb deyə, aktrisa olmaqdan peşmanam. Allah can sağlığı versin, Tofiq Bakıxanov bizim bağ qonşumuz idi, mən məktəbi təzə qurtaranda gəlib anama dedi, Püstəxanım bacı, Nuriyyə haqqında nə fikirləşirsiniz, harada oxuyacaq? Nənəm deyirdi ki, sən elə oxuya-oxuya doğulubsan. Müğənni olmaq istəyirdim, nənəm anama deyirdi, bu qız hara gedir, elə “nanay-nanay” eləyir, bizi biabır eləyəcək. Həyətdə oxuyub-oynayanda səsim bazara gedirdi. Televizor təzə-təzə çıxan vaxtlarda qonşularımız almışdılar. Atam bizə almırdı ki, televizor oldusa, o ev batdı. Bir də soyuducu almağa icazə vermirdi. Deyirdi, insan gərək bişirib təzə-təzə yesin, vəssalam, səhərə saxlamasın. Məni elə şeylər salamat saxladı. Yoxsa sizin indiki yedikləriniz… Bilmirəm, axırı necə olacaq. Nə isə. Birinci sinifdə oxuyanda nəğmə dərsi ayrı keçirilirdi. Cəfər müəllim vardı, tardan dərs deyirdi. Xor oxuyanda gördü bir səs seçilir. Çağırdı lövhənin qabağına, oxudum, bütün sinif mat qaldı. Adımı yazdılar dərnəyə, amma evdən icazə vermirdilər. Bir dəfə konsertə getdiyimə görə anam məni saçladı.

 

– Müsahibənizdə demişdiniz ki, ananız sizi qarğayıb…

 

– Anam axıra qədər mənə qarğış elədi. Qoymurdu, deyirdi, gün görməyəcəksən. Ən yaxşı vaxtlarımda nə atam uğurlarımı gördü, nə anam. Zeynəb Xanlarovanın “Arzu qızım” mahnısı təzə çıxmışdı, qonşumuz anama dedi, Nuriyyə Zeynəbin mahnısını nə gözəl oxuyur. Anam əsəbiləşdi ki, Zeynəb Xanlarova nə olub, mənim qızım da nə olacaq? Yox bir, Şövkət Ələkbərova olacaq? Oxumaq sənətinə yüngül sənət kimi baxırdılar. Sonra gördü ki, Tofiq Bakıxanovun evinə kimlər gedib-gəlir, hörmət edirlər, ona görə çox dərinə getmədi. Tofiq müəllimin yoldaşı da anamı dilə tutmuşdu ki, bu qızın böyük gələcəyi var. Asəf Zeynallıya sənət vermişdim, Şahnaz Haşımovanı, Ağaxan Abdullayevi orda görmüşdüm.

 

– Sonralar Musiqili Komediya Teatrında işə cəlb olundunuz…

 

– İlk tamaşama Şəmsi Bədəlbəyli ilə Süleyman Ələsgərov baxıb, bəyənmişdilər. O vaxt azərbaycanlı qızı nə idi, səhnəyə çıxmaq nə idi. Ruslar, ermənilər xorda, baletdə dolu idilər. Sənətin adını pisə çıxaran da elə onlar idi. O vaxt istedadı olan qızları səhnəyə qoymurdular, indi maşallah, analar-atalar uşağın əlindən tutub özləri aparır. Şövkət xanımın “Dərələr” mahnısını oxuyanda Süleyman müəllim Şəmsi Bədəlbəyliyə yavaşca dedi ki, bir az utancaqdır, bilmirəm, bacaracaq, ya yox. Səhəri gün əmək kitabçası açdılar, məni ştata götürdülər.

 

– Nə vaxtdan insanlar sizi tanımağa başladı? Yəni küçədə gedəndə adınızı kiminsə dilindən nə vaxt eşitmisiniz?  

 

– Elşad Quliyevin vaxtında televiziyada yaxşı verilişlər verirdilər. Lütfəli əmi, Nəsibə xanım həmin verilişlərdə iştirak edirdilər. Bir dəfə Məhərrəm Bədirzadə məni gördü, apardı çəkilişə. Ondan sonra efirə çıxmağa başladım. Yəni elə həmin illərdə tanınmağa başlamışdım. Kinoda tanınmağım isə sonralar oldu. 70-ci illərdə dedilər, kino kursu açılıb, getdim həm oxudum, həm işlədim. O vaxt Lütfəli Abdullayev və Nəsibə Zeynalovaya görə teatra bilet tapmaq olmurdu. Teatrda işləmək kinodan da, musiqidən də üstün sayılırdı. Uzun illər kirayə yaşadım, sonra dayandım ev növbəsinə. Lütfəli əmi dedi, gecə yarısı sən Şüvəlana gedə bilməzsən. Qohumlarım düşdü qabağa, ərizə yazıldı, indiki Səbail, keçmiş 26 Bakı komissarı rayonundan növbəyə yazıldım. Hər şey hazır idi, səhər gəldim teatra. Gözümə inanmadım: Lütfəli əminin şəklini teatr vurmuşdular ki, rəhmətə gedib. O kişi hamıya xeyirxahlıq edirdi, hara gedirdi, qapılar üzünə açıq idi. Mənə də söz vermişdi ki, qızım, sənin ev məsələni həll edəcəyəm. Ev məsələm eləcə qaldı, alınmadı. Ailə qurandan sonra uşaqlara görə teatrdan çıxmalı oldum. Adil İsgəndərovun kursunda oxuyanda deyirdi ki, qadam, nə yaxşı teatrda işləyirsən, azərbaycanlı qızların teatrda çalışmağı gözəl şeydir. O vaxt həm oxumaq, həm işləmək cinayət sayılırdı, amma mənə güzəştə getdilər, imkan yaratdılar. Bir dəfə Adil müəllim İsmayıl Dağıstanlı ilə Malakan bağının yanında söhbət edirlər, məni İsmayıl Dağıstanlıya göstərib fəxrlə dedi ki, tələbəmdir. Yəni demək istəyirəm, sənətdə qabağıma həmişə yaxşı adamlar çıxıb. 1981-ci ildə kinostudiyaya gələndən sonra dalbadal filmlərə çəkilməyə başladım. “Mozalan”a çox minnətdaram, o studiya mənim həyatımda böyük rol oynayıb. Vaxtilə filmlərə çəkilməyə görə aktrisalar, aktyorlar arasında qırğın gedəndə mən sakitcə “Mozalan”a çəkilirdim, səsimi çıxarmırdım. Maaşımı, qonorarımı üst-üstə qoyanda əməlli başlı pul çıxırdı.

 

– Hazırda maaş aldığınız yer yoxdur…

 

– İndi ayda min manat Prezident təqaüdü alıram. Allah rəhmət eləsin, Heydər Əliyevin təşəbbüsü ilə mənə əməkdar artist adı verilib. Prezident İlham Əliyev də sağ olsun, mənə təqaüd verir.

 

– Teatr tamaşalarına baxırsınız?

 

– Yox, axır vaxtlar baxmıram. Mənim gördüyüm teatr mühiti indi yoxdur. Əvvəla səhnəyə buraxılan tüstüyə dözə bilmirəm, boğuluram. O tüstü aktyor üçün zəhərdir. Üç il əvvəl “Qatarın altına atılan qadın” və “Xanuma” tamaşalarına baxmışam. İndiki tamaşaçılara dözmək çətindir. Teatra gəlir, əlində “semiçka”, ağzında saqqız. 

 

– Filmlərə də baxmırsınız?

 

– “Nabat”a baxdım. Mövzu yaxşı mövzudur, rejissoru çox yaxşı rejissordur. Amma… Deyəcəyəm, yenə deyəcəklər, Nuriyyə belə danışdı… Bizim suyumuza bulanıqlıq lazım deyil. Bəsdir də, əvvəllər ruslar, indi də kimlər, kimlər.

 

– Anladım. Baş rolun ifaçısı Fatimə Motamed Aryanı nəzərdə tutursunuz…
 

– Aktrisa da, operator da.

 

– Oynaya bilərdiniz o rolu?

 

– Filmin əvvəlindəki plastikadan elə bildilər ki, mənəm. O film çəkiləndə mən pis vəziyyətdə idim, xəstə yatırdım. Əvvəla, təqdimata aktrisanın özü gəlməmişdi. Gör necə aktrisalara qiymət verirlər. Mən özümü demirəm, atam, bizim istənilən aktrisamız oynaya bilərdi.

 

– Məsələn?

 

– Rada Nəsibova. Kəmalə Hüseynova da oynaya bilərdi. Özü də ki, o rola cavan adam yox, yaşlı adam lazım idi. Gənc Tamaşaçılar Teatrının aktrisası Sona Babayeva da o rolun öhdəsindən gələrdi. Baş rolda oynayan aktrisa addımlarını atanda çoxları elə bildi mənəm. Çünki plastika, görkəm mənimki idi. Yanımda bir nəfər oturmuşdu, dedi ki, başa düşmədim, Nuriyyə xanım, bu sizsiniz? Dedim, bilmirəm, səhnədə mən olmamışam ki, sənin yanında oturmuşam. Elə bildilər, gizli çəkilmişəm. Yeni deyirəm, mən özüm istəmirəm, amma bizimkilər o rolu oynaya bilərdilər. Elçin Musaoğlu yaxşı rejissordur, yaxşı da qələmi var. O, bizimkiləri oynada bilərdi. Bizim aktrisalara istiqamət verən yoxdur. Bu dəqiqə istedadlı cavanlar çoxdur, onların gələcəyi əla olacaq. Buna inanıram. Çünki onlar gözümün qabağında böyüyüblər.

 

– Film təklifi var?

 

– Bu yaxınlarda bir film olmalıdır. Kinostudiyada mənim xətrimi çox istəyirlər. Müşfiq Hətəmov kinostudiyaya direktor təyin ediləndə gedib görüşdüm, xeyir-duasını verdim. Təki kinostudiya təmir olunsun, o cavanların çox böyük layihələri var, yaxşı işlər görürlər. Mən onlara inanıram.

 

– Teatra qayıtmaq istəmirsiniz?

 

– Yox. Səhhətim imkan verməz. İndi ancaq uşağımı bir tərəfə çıxarmaq haqqında düşünürəm. Hansısa filmdə nənə rolunu oynaya bilərəm. 27 yaşımda nənə rolunu oynamışam. “Bağ mövsümü”nə çəkiləndə mənim rolum üçün çox adam dava edib. Ramiz Əzizbəyli Tofiq Tağızadəyə deyib ki, bakılı qızı var, Nuriyyə, onu çəkək. Tofiq müəllim də deyib, hansı o manikürlü, pudralı qız? O mənim üçün ocaq qalaya biləcək? Ramiz yenə qayıdıb ki, bakılı qızıdır, bacaracaq. Ssenarini bir dəfə oxudum, bir saata  rolum təsdiq olundu. Aydın Kazımzadə mənim haqqımda yazmışdı ki, Azərbaycan kinosuna yeni sima gəlib. Həmin filmdə Həsən Məmmədovla bərabər pul aldım. Ən çox pulu “Bağ mövsümü” və “Həm ziyarət, həm ticarət” filmlərinə görə almışam. Tərəf müqabillərimdən həmişə razı olmuşam. Allah Ramiz Əzizbəyliyə də, Hacı İsmayılova da can sağlığı versin. Bu yaxınlarda Hacını gördüm, halı yaxşı deyildi. “Bəxt üzüyü”nu çəkəndə çox pis vaxtlar idi. Pul yox, vəziyyət ağır. Afaq Bəşirqızı deyəsən, sponsor tapmışdı, onun pulu ilə çəkildi. Ramiz dedi, Nuriyyə, orda bir kişi obrazını gəl qadın edək, istəyərsən? Dedim, necə istəyirsən, qaqaş, istəyirsən, elə, çəkilim. Görürdü axı, pul-para yox, vəziyyət çətin. O filmdə məni elə qrim eləmişdilər, anam tanımamışdı.

 

– Deyəcəyiniz başqa nə var?

 

– Xəstə olan dostlarıma, tərəf müqabillərimə can sağlığı arzulayıram. O gün danışdıq ki, yığışıb gedək həm Muxtar Maniyevə baş çəkək, həm də Ramizə. Nə bilim, sənət belədir də, qurban tələb edir. Amma Nuriyyəyə bu boyda yox də! İki övladı, bir qırxı təzə çıxan gül kimi nəvəni basdırdım… 

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles