xeber –
Elgiz Əkbər bu gündən Xoşqədəm Hidayətqızı ilə efirə çıxmayacaq. Sevilən teleaparıcı ANS PRESS-ə açıqlamasında tamaşaçılarına sürpriz hazırladığını bildirdi.
“Bir müddətdir ki, yeni layihəm üzərində çalışıram. Artıq hazırlıqlar başa çatıb. Gələn həftənin bazar ertəsi sevimli tamaşaçılarımın qarşısına şok layihə ilə çıxacam. Həftə içi hər gün 2 saat yarım canlı efirdə olacam”.
Teleaparıcı Elgiz Əkbər ötən gün Xoşqədəm Hidayətqızı ilə birlikdə təqdim etdiyi “Sən tək deyilsən” verilişinindən imtina etmədiyini deyir: “Mənim öz işlərim var, vaxtım yoxdur. Bir neçə layihəni birlikdə təqdim edə bilmərəm. İnsanlar düşünür ki, Xoşqədəm xanımla aramızda narazılıq olub, dava etmişik. Amma bu doğru deyil, mənim öz layihəm olduğu üçün proqramdan uzaqlaşdım.
Sosial şəbəkələrdəki şərhlərdən görürəm ki, məni sevənlər “Adam içində”nin bağlanmasına çox üzülürlər. Xaricdə yaşayan vətəndaşlarımız mənimlə əlaqə saxlayır, kədərləndiklərini bildirirlər. Biri ağlayır, biri “üstümə təcili yardım gəldi” deyir. Bütün bunlar məni üzür. İstəyirəm ki, insanlar üzülməsin. Bütün tamaşaçılarıma hörmətlə yanaşıram, yaşlıların əllərindən, gənclərin gözlərindən öpürəm. Onlara qurban olum, üzülməsinlər. Hər şey yaxşıdır. Bilsinlər ki, mən başqa verilişlə efirə qayıdacam”.
Mənbə : Anspress.com
Şərh yaz.