13.05.2015 / 12:00 xeber –
Bakıda mənzildən oğurluq edilib. Lent.az-ın məlumatına görə, Nizami küçəsi 50/85 ünvanında ("Torqovıy" adı ilə tanınan məhəllə) yaşayan 1942-ci il təvəllüdlü Cəfərov Məmmədhüseyn Abutalıb oğlu polisə şikayət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında onun evinə daxil olub. 73 yaşlı şikayətçi əlavə edib ki, pəncərədən mənzilə daxil olmaq yolu ilə masanın üstündən “Vertu” markalı telefon oğurlanıb.
Hazırda müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Mənbə : Lent.az
Şərh yaz.