Murad Dadaşov “Maşın”da kime azarkeşlik edir? – Video


xeber –

Başladığı 4 gündür, artıq qalmaqal, gərginlik günü-gündən daha da artır. Bu təbii haldır. Çünki onlar bir araya gəldisə, mütləq gündəmi nə iləsə zəbt etməlidirlər. Televiziya məkanları arasında ən baxımlı veriliş olan “Maşın” realiti- şouda dünən axşam nələr baş verdi.

Dünən və daha əvvəlki günlərdə qalmaqallarla yadda qalan “Maşın” şounun bu buraxılışında bir qədər sakitlik oldu, desək yəqin ki, yanılmarıq.

Belə ki, bu dəfə iştirakçılar şounun qəhrəmanlarından olan Roza Zərgərlini seçim qarşısında qoydular. Roza Zərgərli isə səs toplayacağı təqdirdə Anar Ağakişiyevi uzaqlaşdıracağını bildirdi.

Lakin səs vermə Roza xanım üçün elə də ürək açan sonluqla bitmədi.

“Şoubiz” olaraq “Maşın realiti-şousunun olduğu məkanda olduq və ekskuliziv müsahibələr əldə etdik. Roza xanım Anarı nə üçün şoudan uzaqlaşdırmaq istədiyinin səbəbini açıqladı:

“Səs toplasaydım Anarı çıxaracağımı öncədən bəyan etmişdim. Anarı çıxarmadan öncə ona sual verəcəkdim ki, sənin dostunam? Əgər “yox” cavabını alsaydım, o zaman Anarı çıxaracaqdım. “Hə” cavabını alsaydım, onda özüm şonu tərk edəcəkdim və onun dostu olduğumu sübut edəcəkdim. Bu şəraiti Anarın özü yaratdı, küsməklə”.

Beləliklə şouda iştirakçı kimi sonuncu günü olan Roza Zərgərli tamaşaçılara tövsiyyə də verdi: “Şouya baxın, proseslər gündən-günə maraqlı olur, bu şoya baxmağa dəyər”.

Həmçinin suallarımız verilişin aparıcısı Murad Dadaşovdan da yan keçmədi. Odur ki, ondan ən çox azarkeşlik etdiyi iştirakçının adını öyrənmək istədik:

“”Maşın” şousu yaranan gündən bu günə kimi mənim ən çox azərkeşlik etdiyim şəxs Azərbaycan tamaşaçısıdır ki, bizə baxır. Demək olar ki, mən 20 dəqiqə qalmış pavilyona gəlirəm və çalışıram ki, gedişatdan heç bir məlumatım olmasın”.

Hadisələrin davamının necə cərəyan edəcəyini isə bu axşam 22:00-da “Maşın realiti-şouya baxmaqla öyrənə bilərsiz.

Mənbə : Anspress.com

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir