14.05.2015 / 04:17 xeber –
Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlılar hotelə hücum edib.
APA-nın “The Washington Post”-a istinadən verdiyi xəbərə görə, hadisə əsasən əcnəbilərin qaldıqları “Park Palace” hotelində baş verib.
Əfqanıstanın daxili işlər nazirliyi iki nəfər mülki şəxsin öldüyünü, iki silahlının məhv edildiyini təsdiqləyib. Həmçinin insident nəticəsində 6 nəfərin yaralandığı bildirilir.
Hələlik hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.
Mənbə : Lent.az
Şərh yaz.