2 Avqust, 2017 02:14 xeber – Əfqanıstanın qərbindəki Gerat şəhərində yerləşən şiə məscidində törədilən partlayışda ölənlərin sayı 29 nəfərə çatıb.”Report” xəbər verir ki, bu barədə “TASS” agentliyi “Tolo News” telekanalına istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə zamanı daha 69 nəfər xəsarət alıb.”1TV” telekanalının məlumatına görə isə, iki terrorçu yüzlərlə möminin axşam ibadəti zamanı toplaşdığı məscidə hücum edib. Silahlılar əvvəlcə mühafizəçiləri güllələyiblər. Daha sonra isə binanın soxulublar. Onlar ətrafdakı şəxlərə atəş açıblar və bir neçə qumbara atıblar. Bundan sonra isə özlərini partladıblar.Əfqanıstanda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
mənbə :
Report.az
Şərh yaz.