Qubada reyd kecirilib, 50-den cox surucu cerimelenib

[r32]

2 Avqust, 2017  17:21 xeber – Quba rayonunda reyd keçirilib. “Report”un Şimal bürosunun məlumatına görə, Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin keçirdiyi reyd zamanı saxla əmrinə tabə olmayan sürücülər isə sonradan saxlanılaraq cərimə meydançasına aparılıb. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. İstirahət mövsümü ilə əlaqədar əhalinin bir hissəsi şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Yol polisi sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. Qubaya gələn sürücülərə sürücülərin təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələrinin vacibliyi tövsiyə olunub.Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin təbliğat üzrə eksperti Azad Əsədov bildirib ki, vətəndaşlar yola çıxarkən avtomobillərinin texniki sazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Reyd zamanı 50-dən çox sürücü cərimələnib.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir