Sabiq generalın məhkəməsində gərginlik

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahidlər dindirilib.

Zərərçəkən Malik Mustafayevin epizodu üzrə bacısı İradə Hümbətova ifadə verərək deyib ki, onun evində MTN əməkdaşları axtarış aparıblar.

M.Mustafayev isə əlavə edib ki, həm bacısının, həm də MTN polkovniki olan və intihar edən qardaşı Malik Mustafayevin evində qanunsuz axtarış aparılıb: “Qardaşımın ölümündə Elçin Quliyev günahkardır”.

Onun bu ifadəsinə general Elçin Quliyev sərt reaksiya verib və M.Mustafayevə müraciət edərək bir də əlini ona tərəf uzatmamasını deyib.

Tərəflər arasında mübahisə yaranıb, hakim hər iki şəxs xəbərdarlıq edib. M.Mustafayevin hərəkətləri aktlaşdırılıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir