'Fitch' Azerbaycanin reytinqini tesdiqleyib

[r32]

5 Avqust, 2017  15:32 xeber – ”Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli reytinqini neqativ proqnozla “BB+” səviyyəsində təsdiqləyib.“Report” bu barədə agentliyin saytına istinadən xəbər verir. Bundan başqa, agnetlik Azərbaycanın əsas zəmanətsiz xarici və daxili öhdəlikləri üzrə reytinqini də ‘BB+’ səviyyəsində saxlayıb. Ölkənin maksimal reytinqi də ‘BB+’ səviyyəsində təsdiqlənib. Qısamüddətli xarici və yerli emitent defoltunun reytinqi ‘B’ səviyyəsində təsdiq edilib, ölkənin milli valyutada zəmanətsiz qısamüddətli səhmlərinin reytinqi isə ‘B’ səviyyəsində saxlanılıb.Qeyd edək ki, bundan əvvəl “Standard and Poor’s” Reytinq Agentliyi Azərbaycanın suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini aparıb, Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqini dəyişməyərək müvafiq olaraq ‘BB+/B’ səviyyəsində, mənfi proqnoz ilə saxlayıb. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir