Tovuzda 27 yasli kisi qonsusu terefinden doyulub

[r32]

6 Avqust, 2017  11:23 xeber – Tovuz rayonunda yerli sakin qonşusu tərəfindən döyülərək ağır xəsarət alıb.”Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düzqırıxlı kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Elyar Rüstəm oğlu Tanrıverdiyev hələki bilinməyən səbəbdən qonşusu tərəfindən döyülərək ağır xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir