9 Avqust, 2017 12:53 xeber – “Şahdəniz-2” və Cənub Qaz Dəhlizi layihələrinin Azərbaycan və Gürcüstan ərazisində 90%-dən çox hissəsi reallaşdırılıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə “BP-Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.BP rəsmisi deyib ki, “Şahdəniz”də platformaların bir hissəsi quraşdırılıb: “Faktiki olaraq, platformaların yuxarı hissəsi hazırdır, bir hissəsi isə quraşdırılıb. Layihənin Türkiyə və Avropa hissəsində də icrası davam etdirilir. Planlaşdırıldığı kimi, Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq”.”Şahdəniz” qaz-kondensat yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Bu, dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur. Hazırda yatağın işlənməsinin I mərhələsi çərçivəsində Türkiyəyə ildə 6 mlrd. kubmetrdən çox qaz nəql edilir. “Şahdəniz” konsorsiumunda TPAO 19% paya malikdir.
mənbə :
Report.az
Şərh yaz.