Stavropol taxilinin 70%-ni Azerbaycana satir

[r32]

11 Avqust, 2017  19:41 xeber – Rusiyanın Stavropol vilayəti bütün ixrac taxılının təxminən 69%-ni Azərbaycana göndərir.”Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə vilayətin Taxılın Keyfiyyətinin Qiymətləndirməsi Mərkəzi məlumat yayıb.Avqust ayının ilk həftəsində Stavropol vilayətinin kənd təsərrüfatı müəssisələri 22 min ton taxılın ixracına icazə alıblar. Bu, ötən həftənin göstəricilərindən 50% çoxdur. “Bu məhsul dünyanın 10 ölkəsinə göndərilib, o cümlədən daha çoxu Azərbaycana ixrac edilib. Bu ölkəyə bir həftə ərzində 15,2 min ton taxıl məhsulu yola salınıb. Bu isə ümumi həcmin 68,74%-i deməkdir”,- deyə mərkəzdən bildiriblər. İxrac məhsulunun böyük hissəsini (bütün həcmin 76%-ni) buğda təşkil edir.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir